İnsanı yoxsulluğa sürükləyən əşyalar və ya lazım olmayan samanın zamanı çatmaz...

Hazırda oxunan: İnsanı yoxsulluğa sürükləyən əşyalar və ya lazım olmayan samanın zamanı çatmaz...

254096
Təzə il gəlib. Psixoloqlar məsləhət görürlər ki, şəxsi evinizdə təftiş əməliyyatı həyata keçirəsiniz. Elə şeylər var ki, onları saxlamaqla siz öz enerjinizi itirirsiniz.

Bunalrın bəzilərini sadədən - mürəkkəbə nəzərinizə çatdırırıq:

Xırda zir-zibil

Heç vaxt ciblərinizdə, əl çantalarınızda, cüzdanınızda yığılıb qalmış çekləri, kiçik qeydləri, biletləri, başqa kağız yığnağını saxlamayın, müntəzəm olaraq onları atın.

Cüt olmayan əşyaları

Məsələn corab tayını, ev ayaqqabısını, bir şüşəsi qırılmış eynəyi və buna bənzər əşyaları tullayın ki, ətrafınızı mənasız yerə tutmasınlar.

Qırılmış qab

Hətta sevimli fincanınızda çat əmələ gəlibsə, düşünmədən onu da xoşbəxtlik naminə sındırın. Siz daha yaxşısına layiqsiz , o cümlədən yaxşı qablara.

Nimdaş paltarlar

Qarderobunuzu qiymətləndirin və kimyəvi təmizləmənin, dərzidə əl gəzdirmənin mümkün olmadığı paltarlardan canınızı qurtarın. Qopmuş düymələr, sınmış zəncirbəndlər, solmuş rənglər- bu o deməkdir ki, yazıq paltar sizə yaxşı xidmət edib və onunla xudahafizləşmək vaxtıdır.
xa0
Qırılmış saatlar

Saatlar həmişəlik dayanıbsa, onları saxlamağa dəyməz.

Mobil telefonlar

İndi az qala hər gün yeni mobil telefon peyda olur. Vaxtında sata bilməmisinizsə, artıq çəkəcəklərdə onları saxlamaq sizi bezdirəcək. Atın getsin.
Bura köhnə televizor, tozsoran və digər məişət texnikası da daxildir.
Köhnə əşyanı atmamaq bəzən xəstəlik səviyyəsində olur. Evin xanımı bir dəfə psixoloqa şikayət edir ki, əri qarajda yanmış, sıradan tamam çıxmış elektrik lampalarını saxlayır və atmağa qoymur. Səbəbini soruşanda deyir ki, bəlkə gələcəkdə elm yanmış lampalardan istifadənin yollarını tapacaq, o zaman onları satmaq olar. Özünüzü bu həddə çatdırmayın. Lazım olmayan samanın zamanı çatmaz.
Yeni ilə yeni əşyalarla!
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin