Yaxın gələcəkdə Azərbaycan yollarında velosiped zolaqları və duracaqları yaradılacaq. Bu barədə müddəa Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda yer alıb.
Azərbaycanda velosiped zolaqlarının, duracaqlarının yaradılması bu nəqliyayt növünə marağın artmasına, nəqliyyatın bu növünün inkişafına təkan verə bilərmi?
Moderator.az-a açıqlama verən yol-nəqliyyat məsələləri üzər ekspert Azər Allahverənov bu yeniliyin velosiped nəqliyyatına marağı əhəmiyyətli dərəcədə artıracağını bildirdi:

“Təbii ki, bu yeniliklər velosipedə marağı artıracaq. Çünki bu marağı təmin edəcək zəmin formalaşacaq. Tutaq ki, mənim çox şeyə marağım ola bilər. Lakin bu marağı təmin edəcək şərait yoxdursa, bu maraq elə maraq olaraq qalacaq. Lakin bunun üçün zəruri olan şərait varsa, o zaman həm mənim marağım təmin olunacaq, həm də başqalarında buna maraq yaranacaq.
Sevindiricidir ki, bizim Dövlət Proqramımızda velosiped zolaqlarının vəduracaqlarının yaradılması ilə bağlı bənd var.
Mən bir neçə il bundan öncə bir İşçi Qrupunun üzvü idim. Hansı ki, velosiped hərəkatının inkişafı üzrə bir dövlət konsepsiyası hazırlayırdıq. Biz bu konsepiyanı hazırladıq və onun təqdimatını keçirdik. Burada müxtəlif strukturlar təmsil olunmuşdu. Sevindiricidir ki, bu konsepsiyadakı bəzi fikirlər, xüsusilə yanaşma Dövlət Proqramında öz əksini tapıb.
Dövlət Proqramında qeyd olunub ki, avtomobil yollarında və küçə-yol şəbəkəsində velosiped zolaq və duracaqlarının müəyyən edilsin. Bu, birinci mərhələdir. İkinci mərhələ bununla bağlı təkliflərin hazırlanması ilə bağlıdır. Üçüncü mərhələ isə bu təkiflərin reallaşması ilə əlaqədardır. 2019-2023-cü illərdə üçmərhələli fəaliyyət nəzərdə tutulub. xa0Mümkün yerlərdə velosiped zolaqlarının çəkilməsi, bəzi yerlərdə bu zolaqlrın genişləndirilməsi, bəzi yerlədə isə möcud yol şəbəkəsinin imkanlarından istiafdə nəzərdə tutulub. Pilot layihələrin də həyata keçirilməsi planı var.
Əlaqədar qurumlar bu məsələdə üzərlərinə düşən işləri müəyyənləşdirməli və kordinasiyalı şəkildə lazımi tədbirləri həyata keçirməlidirlər. Əgər bütün bu tədrirlər lazımi şəkildə həyata keçirlsə, biz yaxın gələcəkdə velosiped istifadəçilərinin sayının bir neçə artmasına şahid olacayıq”.
xa0
Seymur ƏLİYEV
xa0
xa0

































































































