Bu gün Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində bir nəfər çimərkən batma təhlükəsi ilə üzləşib.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Kürdə batan digər yeniyetmənin də meyiti tapıldı - YENİLƏNİB
Bildirilib ki, hadisə nəzarətsiz ərazidə baş verib.
O, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən xilas olunub.
Bizim.Media