Ağdaşda qardaşını güllələyənə cinayət işi açıldı

Hazırda oxunan: Ağdaşda qardaşını güllələyənə cinayət işi açıldı

25276

İyunun 17-i saat 23 radələrində 1968-ci il təvəllüdlü Qələndar Aləşrəfovun Ağdaş rayonunun Abad kəndi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağdaş rayon prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qardaşı 1959-cu il təvəllüdlü Mustafa Aləşrəfovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Qələndar Aləşrəfova odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Mustafa Aləşrəfov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin