Qadınların xüsusi qabiliyyəti - Kişi anlasa ki...

Hazırda oxunan: Qadınların xüsusi qabiliyyəti - Kişi anlasa ki...

252352
Cəmiyyətimizdə tez-tez qadın və kişilərin mübahisəsinə rast gəlirik. Məsələnin aktuallığını nəzərə alaraq artıq bir neçə müddətdir ki, hər iki cinsin nümayəndəsi ilə bağlı araşdırma yazıları təqdim edirik. Düşünürük ki, bunun onların münasibətlərində müsbət rolu olacaq.xa0xa0

Moderator.az bu dəfə daha bir maraqlı yazını təqdim edir.

Kişilərin çoxu sevgiyə layiq olmaq ümidiylə getdikcə daha böyük uğurlar qazanmağa çalışır.xa0

Qadınlara həm kiçik diqqət nişanələrini, həm də ciddi, böyük sevgi ifadələrini eyni dərəcədə qiymətləndirmək qabiliyyəti verilib. Kişilərin çoxu isə işdə getdikcə daha böyük uğurlara nail olmağa çalışır, çünki bunun onlara ən böyük minnətdarlıq və sevgi gətirəcəyini hesab edirlər. (Qəlblərinin dərinliyində onlar sevgi və qəbul edilməsini ehtirasla arzu edirlər). Lakin onların ağlına belə gəlmir ki, istədiklərinə böyük uğur qazanmadan da nail ola bilərlər.xa0

Qadın ona göstərilən kiçik diqqət nişanələrini təqdir etməklə kişini bu uğur hərisliyindən müalicə etmək qabiliyyətinə malikdir. Lakin qadın bunun kişi üçün nə dərəcədə əhəmiyyətli olduğunu anlamalıdır ki, bu təqdiri göstərsin. Düzdür, bu məqamda qadının küsmək hissi meydana çıxa bilər.xa0

“Küsəyənlik virusundan müalicə...”

Qadın sövqü-təbii olaraq kişinin onun üçün etdiyi bütün xırdalıqları qiymətləndirir. Kişini qəbul etməsinin kişiyə lazım olduğunu anlamadığı və ya qarşılıqlı hesabın bir-birinə bərabər olmadığını güman etdiyi hallar istisna təşkil edir. Özünü sevilməyən, diqqətdən kənar qalmış hesab edən qadına kişinin onun üçün etdiklərini avtomatik qiymətləndirmək çətindir. Belə qadın aralarındakı münasibətlərə daha artıq qüvvə sərf etdiyini fikirləşir, ona görə də içində bir inciklik yaşayır. Bu inciklik kişinin göstərdiyi əhəmiyyətli xırdalıqlara görə qadının onu tənqid etməsinə imkan vermir.xa0

Qrip və soyuqdəymə sağlamlığa ziyan vurduğu kimi, küsəyənlik də münasibətlərə ziyan vurur. “Küsəyənlik virusu”na yoluxan qadın, kişinin səylərini inkar etməyə meyillidir, çünki onun qiymətləndirmə sisteminə görə özü daha çox şey edir. Kişinin xidmətlərinin belə azaldılmasının əsas səbəbi qadının özünü sevilən hiss etməməsidir. Aradakı bərabərsizlik onu kişi üçün heç bir qiyməti olmadığı fikrinə gətirir. Qadın sevgini hiss etmədiyindən tərəfdaşının qazandığı üstünlüyü qiymətləndirməsi çətin olur. Belə bir vəziyyətdə aşağıdakılar baş verir: kişi səylərinin bəyənilmədiyini görür və daha artıq etməsi üçün stimulu itirir. Öz növbəsində kişi də “küsgünlük virusu”na yoluxur. Qadın da küsməyindən əl çəkmir və vəziyyət daha da qəlizləşir. Qadının “virusu” daha da dağıdıcı olmağa başlayır.xa0

Mənbə: Con Qreyin “Kişilər marsdan, qadınlar veneradandır” kitabı.

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin