Laçında həlak olan hərbçimiz dəfn edildi - FOTO

Hazırda oxunan: Laçında həlak olan hərbçimiz dəfn edildi - FOTO

25217

Dövlət Sərhəd Xidmətinin (DSX) dünən Laçın rayonunda baş verən yol qəzası nəticəsində həlak olan hərbi qulluqçusu, baş leytenant Nəsibov Elməddin Süleyman oğlu Tovuz rayonunda dəfn edilib.

Bizim.Media xəbər verir ki, hərbçi bu gün Tovuz şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, DSX-nin yol qəzasında ölən digər hərbi qulluqçusu - gizir Kamallı Kamal Vilayət oğlu bu gün Şəki rayonunun Şəki kəndində dəfn olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Laçında şəhid olan Kamal Kamallı dəfn edildi


DSX-dan verilən məlumatda Laçında baş verən yol qəzasında ölən hərbi qulluqçulara şəhid statusu veriləcəyi açıqlanıb.

Xatırladaq ki, iyunun 16-da saat 16:40 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası baş verib.
 

Sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında “MAZ” markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb.


Nəticədə avtomobildə olan hərbi qulluqçular - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğlu dünyasını dəyişib (apa).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin