Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi müsahibə üçün dünyaca məşhur aktyor və idmançı Jan-Klod Van Dammın oğluna müraciət edib.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı bildirib.
"Jan-Klod Van Dammın oğlu Kristofer Van Barenberqlə azərbaycanlı dostunun vasitəsilə əlaqə saxladıq və "Vətən uzaqda deyil" proqramının "Yad oğlu, yad qızı" rubrikası üçün müsahibə almaq istədiyimizi bildirdik (yad kürəkənimiz kimi). Kristofer müsahibə verib-verməməyi azərbaycanlı xanımı Suada Hacızadə ilə məsləhətləşməli olduğunu bildirdi: "Şəxsi həyatımızla bağlı məlumatları ictimailəşdirmək üçün ortaq qərar verməliyik". Kristoferdən cavab gözləyirik", - Dövlət Komitəsinin rəsmisi deyib.
Qeyd edək ki, Jan-Klod Van Dammın oğlu azərbaycanlı Suada Hacızadə ilə evlənib. Cütlüyün izdivacı ictimaiyyətin böyük marağına səbəb olub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:27 / 17.06.2021
Azərbaycanın Dövlət Komitəsi Van Dammın oğluna müraciət edib
Hazırda oxunan: Azərbaycanın Dövlət Komitəsi Van Dammın oğluna müraciət edib
Hazırda oxunan: Azərbaycanın Dövlət Komitəsi Van Dammın oğluna müraciət edib
25203
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.