“Onun yoxluğunu heç nə ilə əvəz etmək mümkün deyil...”- Aprel şəhidimizin atası...

Hazırda oxunan: “Onun yoxluğunu heç nə ilə əvəz etmək mümkün deyil...”- Aprel şəhidimizin atası...

252017
Bu gün aprel döyüşlərində qəhrəmancasına şəhid olan əsgər Nurəddin Etimad oğlu Mirzəyevin doğum günüdür. Nurəddin Mirzəyev 1996-cı il dekabrın 20-də Yardımlı rayonunun Honuba kəndində anadan olub. Evin böyük oğlu olan şəhidimizin bir qardaşı və bacısı yadigar qalıb.xa0xa0

Şəhidimizin atası Etimad Mirzəyev Moderator.az-a açıqlamasında Nurəddinlə bağlı xatirələrini bölüşüb:

“Aprel döyüşlərində şəhid olan hərbçilərimizin hamısı istedadlı uşaqlar idi.xa0 Həmçinin Nurəddin də onlardan biri idi. Bu gün 22 yaşı tamam olur. Artıq üçüncü doğum günüdür ki, Nurəddinsiz qeyd edirik. Ata kimi əlbəttə övladımı itirmək mənə çətindir. Evdə onun yoxluğunu heç nə ilə əvəz etmək mümkün deyil. Amma yenə də bir təsəllim var ki, o, vətən yolunda şəhid oldu. Doğum günüylə bağlı bizi istəyən insanlar ziyarətə gəlir, bizi tək qoymurlar. Buna görə hamısına təşəkkür edirəm. Həmçinin sizlərə də təşəkkür edirəm ki, şəhidlərimizi həmişə yada salırsınız”.

Xatırladaq ki, şəhid Nurəddin Mirzəyev ölümündən sonra ölkə başçısının sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edilib.xa0

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!



Vasif Əlihüsey
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin