Azərbaycanda məhkumların 30 faizi vaksinasiyadan keçib.
Bu barədə məlumatı Bizim.Media-ya Ədliyyə Nazirliyinin mətbuat katbi Rasim Həsənov bildirib.
Onun sözlərinə görə məhkumların 80 faizdən çoxu 1-ci doza, 30 faizi isə 2-ci doza vaksinasiyadan keçib:
“Hazırkı dövrə qədər vaksin vurulandan sonra kəskin allergik reaksiya və ya hər hansı ağırlaşma baş verməyib. Vaksinasiya prosesi cəzaçəkmə müəssisələrinin tibb məntəqələri tərəfindən həyata keçirilir”.
Məlumat üçün bildirək ki, Azərbaycanda toplam 21 min 12 məhbus cəzasını çəkir. Ölkədə əhalinin hər 100 min nəfərinə 208.7 məhbus düşür.
Bir il öncə həmin göstərici 218.2 idi. Bu göstəriciyə görə, hesabatın Avropa məkanında əhatə etdiyi 50-yə yaxın ölkə arasında Azərbaycan ən yüksək 5-ci nəticəyə malikdir.
Azərbaycanda həbs həyatı yaşayanlardan 474 nəfəri, yəni, bütövlükdə məhbusların 2.3 faizi xarici ölkə vətəndaşlarıdır. Ölkə həbsxanalarında olan qadınların sayı 570 nəfərdir, başqa deyimlə, bütün məhbusların 2.7 faizini təşkil edir.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:30 / 17.06.2021
Vaksin vurulan məhkumlarla bağlı nə baş verib? – RƏSMİ - ÖZƏL
Hazırda oxunan: Vaksin vurulan məhkumlarla bağlı nə baş verib? – RƏSMİ - ÖZƏL
Hazırda oxunan: Vaksin vurulan məhkumlarla bağlı nə baş verib? – RƏSMİ - ÖZƏL
25185
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.