Bakının daşınmaz əmlak bazarında mənzillərə təlabat azalıb. Bu barədə Bizim.Media-ya “Property” Qiymətləndirmə şirkətinin direktoru Pərviz Qulami açıqlama verib:
“Bu mövsümlə bağlı olan azalmadır. Yay fəslində adətən bu cür hallar müşahidə olunur”.
Əmlak məsələləri üzrə ekspert bildirib ki, yanvar, fevral və mart aylarında ipoteka kreditlərinə böyük təlabat olub və bu da əmlak bazarına öz təsirini göstərib:
“Həmin aylarda bazarda alqı-satqı çox olduğu üçün qiymətlərdə 3-5 faiz artım var idi. Son bir ay, ay yarım ərzində isə təlabat azalıb, amma qiymətlərdə azalma yoxdur”.
Həyət evlərinə gəldikdə isə, Pərviz Qulami bildirib ki, əsasən bağ evlərinə təlabat artıb:
“Həm də torpaq sahəsinə təlabatda artım var. Yay mövsümü ilə əlaqədar olaraq bağ evləri bazarında 2-3 faiz bahalaşma var. Daha çox Novxanı, Buzovna kəndlərində yerləşən bağ evlərinə maraq çoxdur”.
Ekspert bildirib ki, kirayə bazarında da durum oxşardır:
“Bağ evlərində mövsümə uyğun olaraq qiymətlərdə müəyyən artım müşahidə olunur. Amma şəhərdə dəyişiklik yoxdur. Əvvəlki illərdə ali məktəblərdə tədrisin dayandırılması ilə əlaqədar olaraq yay mövsümündə təlabat aşağı düşürdü və ucuzlaşma müşahidə olunurdu. Bu il isə onsuz da ali məktəblərdə il ərzində dərslər keçirilmədiyinə görə, hər hansı bir dəyişiklik yoxdur”.
Xatirə Nəsirli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:00 / 17.06.2021
Bağ evləri bahalaşdı – Əmlak Bazarında nə baş verir?
Hazırda oxunan: Bağ evləri bahalaşdı – Əmlak Bazarında nə baş verir?
Hazırda oxunan: Bağ evləri bahalaşdı – Əmlak Bazarında nə baş verir?
25179
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.