Xoşbəxt o kəsdir ki, əlində olanlar üçün şükür edər və başqalarının əlində olana göz yumar…

Hazırda oxunan: Xoşbəxt o kəsdir ki, əlində olanlar üçün şükür edər və başqalarının əlində olana göz yumar…

251539

xa0

xa0

xa0

Xoşbəxt insan kimdir? Əmirəl-möminin (ə) Həzrət Peyğəmbərdən (s) nəql edir ki, buyurur:xa0“Xoş olsun o kəsin halına ki, müsəlman olsun, adi güzəranı olsun və (bədən) qüvvələri də yerində olsun”.

xa0

xa0

Bu hədis xoşbəxt insandan bəhs edir.

xa0

xa0

Həzrət Peyğəmbərin (s) nəzərinə görə, xoşbəxt insan o kəsdir ki, üç şeyə malik olar:

xa0

xa0

1. İslam dininə. O kəs ki, müsəlman olar və İslam dininə təslim olar, həqiqətən də xoşbəxtdir. Çünki hidayət olmuş və tək Allaha tərəf qədəm basmaqdadır. Böyük Peyğəmbərin (s) və Quranın buyurduqlarına əməl edərək, özünü Allaha yaxınlaşdırar və təqva əhli olmağa cəhd edər. Hər kim təqva əhli olar, xilas olmuşların zümrəsinə qoşular və axirəti üçün azuqəsi olar. Saleh əməllər yerinə yetirər və imanını gücləndirər.

xa0

xa0

2. Güzəranı kifayət həddə olar. Yəni, əlində olanlara qane olar və onların qədrini bilər. Onlar üçün şükür edər və başqalarının əlində olana gözünü yumar.

xa0

xa0

3. Sağlam olar. Sağlamlıq elə bir nemətdir ki, çox vaxt insan onu əldən verən zaman qədrini bilər. Bu cür nemət insanın əlində olan böyük bir silah kimidir. Hələ ki, bədəni sağlamdır, ruhu da sağlamdır deməkdir. Bu insan həm dünyası və həm də axirəti üçün faydalı insan olar. Həm ibadətində və həm də ruzi qazanmaqda irəlidə olar. Bəli, bu cür insan həqiqətən də xoşbəxtdir.

xa0

/Deyerler.org/

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin