“Bu küçələr Tailandın, Avropanın “qırmızı fənərli” küçələrinə bənzəyir”

Hazırda oxunan: “Bu küçələr Tailandın, Avropanın “qırmızı fənərli” küçələrinə bənzəyir”

251379
Son vaxtlar mediada ailə-məişət problemləri ilə bağlı yer alan bəzi informasiyalar, xüsusilə də evli şəxslərin başqalarına qoşulub qaçması ilə bağlı xəbərlər, medianın özünə yönəlik ittihamlara yol açmaqdadır. Belə ki, bəzi şəxslər hesab edir ki, medianın bu cür xəbərləri işıqlandırması mənəvi mühitə mənfi təsir götərir, müəyyən insanları oxşar addımlar atmağa sövq edir, onlara bir növ “ideya verir”.

Həqiqətənmi medianın bu informasiyaları işıqlandırması cəmiyyətdəki mənəvi mühit üçün arzuedilməzdir? Medianın bu məsələdəki susqunluğu vəziyyəti yaxşıya doğru dəyişə bilərmi?

Moderator.az-a açıqlama verən “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev problemin kökünü mediada axtarmağın yanlış olduğunu vurğuladı:
“Bu məsələdə medianı ittiham etmək əsassızdır. Işsizlik, sosial gərginlik, mənəvi dəyərlərin aşınması insanları neqativ addımlar atmağa sövq edir. Şəhərin mərkəzinə, “Fəvvarələr bağı”na, “Tarqovı”ya baxın. Görün oralarda nələr baş verir? Azərbaycan heç vaxt belə şeylər görməyib. Bu küçələr Tailandın ən pis küçələrinə, Avropanın “qırmızı fanarlı” küçələrinə bənzər küçələrə çevrilib. Vəziyyyətin bu həddə gəlib çıxmasının səbəbləri var. Bunun köklərini araşırmaq lazımdır. Problemi mediada axtarmaq lazım deyil”.xa0

Seymur ƏLİYEV
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin