“Azəristiliktəchizat” mənzillərdə istiliyə tam təminat verə bilmir

Hazırda oxunan: “Azəristiliktəchizat” mənzillərdə istiliyə tam təminat verə bilmir

2512

Noyabr ayının 15-dən Bakı şəhəri qış rejiminə keçəcək.

Mövsümdə yaşana biləcək  ən ciddi problemlərindən  biri də  istilikdir. “Azəristiliktəchizat” ASC iddia edir ki, biz paytaxtda 3870 yaşayış binasına, 287 məktəbə, 159 uşaq bağçasına, 162 səhiyyə müəssisəsnə və 1950 digər sosial və təsərrüfat obyektlərinə istilik verməyə hazırıq.

Amma istilik problemi hər qış Bakının mərkəzindən tutmuş ucqar yerlərinə qədər mövcud olur. 

“Azəristiliktəchizat” ASC-nin Abonent və  Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirir ki ASC-nin istismarında olan qazanxanlara məsafədən müşahidə edə bilir: 

“Əgər binanın qazanxanasında temeperaturun kənarlaşması olarsa, biz həmin problemi dərhal həll edirik. Hər il olduğu kimi, bu il də istilik mövsümünə hazırlıq işləri aparmışıq”.

Rafiq Əliyev onu da qeyd edir ki, mənzillərdə istiliyin zəyif paylanması onlardakı qızdırıcıları köhnə poladdan olmasındadır: 

“Ondan başqa, qızdırıcıların bərpa edilməsi zamanı parametrlər uyğun quraşdırılmır. Ona görə də biz fərdi mənzillərdəki istiliyə tam təminat verə bilmirik. Bu iki problem yoxdursa  vətəndaş fərdi şəkildə müraciət etməlidir ki, biz də mütəxəssislərimizi göndərək problemi həll etsinlər”.

Gülşanə Mustafayeva, Bizim.Media
          

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin