Bu gün Ümummilli Lider Heydər Əliyevin anım günüdür.
Moerator.az ölkə.az-a istinadən dahi şəxsiyyəti yad edərkən onunla bağlı maraqlı tarixi faktı oxucuları ilə bölüşür.
xa0
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllülərixa0 Azərbaycan hərbçisi, Xankəndidə ermənilər tərəfindən diri-diri yandırılmış azərbaycanlı Cəlil Xudiyev haqqında məqaləni əsaslı redaktə ediblər.xa0xa0
Qeyd edək ki, məqalə yunanca və türkcə vikipediyadalarda yaradılıb.
xa0
Cəlil Muxtar oğlu Xudiyev 1895-ci ildə Şuşa şəhərində zadəgan ailəsində anadan olub.xa0
xa0
Cəlil Xudiyev 1918-1920-ci illərdə general Mehmandarovun rəhbərlik etdiyi Azərbaycan ordusunda çox mühüm vəzifədə çalışmış, ermənilərin qiyamının yatırılmasında və onların Əsgəran qalasından, Laçından, Dağlıq Qarabağdan çıxarılmasında iştirak edən hərbi hissənin rəhbərlərindən biri olmuşdur.
1967-ci ildə Xankəndində ermənilər əhalinin gözü qarşısında Ərşad adlı bir şəxsi və onunla birgə 2 nəfəri də yandıraraq qətlə yetirdikdən sonra Cəlil Xudiyevlə DTK-nın sədri vəzifəsində çalışan Heydər Əliyevin görüşü olmuşdur. Heydər Əliyev bu zaman general kimi ilk dəfə Xankəndinə gəlmişdir. O, Cəlal Xudiyevin evində onunla və digər şəxsiyyətlərlə görüşmüşdür. Cəlil Xudiyev həm yerli sakin kimi, həm də uzun müddət mühüm dövlət vəzifələrində çalışmış bir şəxsiyyət kimi razılaşmış və Azərbaycan dövləti tərəfindən addımlar atılmışdır.xa0
xa0
Ərşad adlı bir şəxs və onunla birgə 2 nəfər də yandırılaraq qətlə yetirildikdən sonra Xankəndi Vilayət Komitəsində SSRİ Baş Prokurorluğunun və Azərbaycanın yüksək vəzifəli şəxslərinin iştirakı ilə böyük iclas keçirilmişdir.xa0
xa0
Cəlil Xudiyev iclasda qətli törədən şəxslərin adları ilə bağlı açıqlama vermiş, iclasdan sonra isə 39 erməni həbs edilmişdir.
xa0
Cəlil Xudiyev qeyd edirdi:
xa0
xa0 Həmin illərdə ermənilər azərbaycanlıları Xankəndindən qovmaq üçün qapılarına yazıb yapışdırırdılar ki, 24 saat ərzində evlərinizi boşaldın, Xənkəndindən çıxın. Xankəndini 24 saat ərzində tərk etməsələr ailəliklə evlərində yandırmaqla hədələyirdilər. Tək Xankəndində deyil, azərbaycanlılar yaşayan kəndlərdə-Xocalıda, Daşbulaqda, Cəmillidə və digərlərindəki insanlar da vahimə və qorxu içərisində idilər.xa0xa0
xa0
Azərbaycan SSR Ali Soveti sədri vəzifəsində çalışmış Məmməd İsgəndərov Cəlal Xudiyevlə hansı addımların atılması barədə məsləhətləşdikdən sonra ermənilərin növbəti qiyamının qarşısı alınıb.





























































































