“Yazı işlərini yaxşı yazan uşaqların sayı elə də çox deyil. Əksər hallarda apellyasiya müraciəti edən abituriyentlər yazı işlərini açıb oxumadan müraciət edirlər”.
Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlaması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.
DİM rəhbəri qeyd edib ki, imtahanların nəticələri ilə bağlı apellyasiya müraciətlərinin sayı illərdən bəri müzakirə mövzusudur və bu prosesin şəffaflığına diqqət yetirilir:
“Avropanın bir çox ölkələrində apellyasiya müraciətləri ödənişli əsaslarla həyata keçirilsə də, DİM-də bu proses ödənişsizdir. Apellyasiya olunan müraciətlər əsaslandırılmaldır. Gələn ildən sənəd göstərilməyən apellyasiya müraciətlərinə baxılmayacaq. Biz bununla bağlı əvvəlcədən elan verəcəyik”.
Ayşən Rəhim, Sadiq Məmmədov, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:26 / 23.05.2025
“Bir çox ölkələrdə apellyasiya müraciəti ödənişli, DİM-də isə ödənişsizdir” - Məleykə Abbaszadə
Hazırda oxunan: “Bir çox ölkələrdə apellyasiya müraciəti ödənişli, DİM-də isə ödənişsizdir” - Məleykə Abbaszadə
Hazırda oxunan: “Bir çox ölkələrdə apellyasiya müraciəti ödənişli, DİM-də isə ödənişsizdir” - Məleykə Abbaszadə
250898
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.