Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar bəyanat yayıblar.
Bizim.Media-nın məlumatına görə bəyanatda deyilir:
“2021-ci il iyunun 15-də - tarixi Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi böyük tarixi və strateji əhəmiyyətə malikdir.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanla Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi - TAM MƏTN
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələrinin xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirildiyi bu Bəyannamə iki qardaş ölkə arasındakı bütün strateji əlaqələri ən yüksək səviyyəyə qaldırır. Azərbaycan-Türkiyə münasibətlərinin bu şəkildə inkişafı dostlarımızı sevindirir, ölkəmizin güclənməsini, rifahını və təhlükəsizliyini istəməyənləri isə məyus edir.
Biz - Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirən Şuşa Bəyannaməsinin mühüm tarixi və strateji əhəmiyyət kəsb etdiyini bildiririk.
Bəyannamədə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi xüsusi yer tutur.
Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, beynəlxalq hüquq kontekstində bu təhdid və ya təcavüzün aradan qaldırılması istiqamətində birgə fəaliyyət göstərilməsini dəstəkləyirik.
MÖVZU İLƏ BAĞLI:
Şuşa Bəyannaməsinin iqtisadi əhəmiyyəti – Millət vəkili AÇIQLADI
Şuşa Bəyannaməsində Silahlı Qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, hər iki ölkənin Təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsini yüksək dəyərləndiririk.
Milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, iqtisadi əlaqələrə böyük töhfə verəcək, Azərbaycan ilə Türkiyəni birləşdirəcək Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələləri, həmçinin Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, milli mənafelərin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diaspor fəaliyyətinin əlaqələndirilməsi təşəbbüslərini alqışlayırıq.
Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən uca zirvəsinə yüksəlib. Xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər ortaq dəyərlərə, sıx bağlara malik olması ölkələrimizi həmişə bir-birinə yaxın edib, xalqlarımız sevincli, kədərli günlərdə daim bir-birinin yanında olub.
Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal altındakı torpaqların düşməndən azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımızın hər bir nümayəndəsi və siyasi partiya üzvləri tərəfindən yüksək qiymətləndirilir.
Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region ölkələri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində ölkələrimizin birgə təşəbbüsləri dünya dövlətləri üçün ən gözəl nümunədir.
Biz - Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsini ölkələrimizin keyfiyyət baxımından yeni əlaqələrinin inkişafı və hər iki ölkənin gələcək birgə fəaliyyətinin vacib əsası hesab edir və bu yüksək strateji müttəfiqlikdə dövlətimizin yanında olduğumuzu bəyan edirik.
Yaşasın Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı!
1. Yeni Azərbaycan Partiyasının sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov
2. Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı
3. “Ana Vətən” Partiyasının sədri Fəzail Ağamalı
4. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev
5. Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa
6. Vəhdət Partiyasının sədri Tahir Kərimli
7. Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev
8. Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə
9. Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev
10. Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev
11. REAL Partiyasının sədri İlqar Məmmədov
12. Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağa-zadə
13. Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Fəttayev
14. Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn
15. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu
16. Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev
17. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev
18. Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə
19. Ağ Partiyasının sədri Tural Abbaslı
20. “Ədalət” Partiyasının sədri İlyas İsmayılov
21. Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov
22. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev
23. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev
24. Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər
25. Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev
26. “Milli Vəhdət” Partiyasının sədri Yunus Oğuz
27. Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli
28. Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov
29. Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə
30. Yeni Zaman Partiyasının sədri Musa Ağayev
31. Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova
32. Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev
33. Müstəqil Xalq Partiyasının sədri Əflan İbrahimov
34. “Birlik” Partiyasının sədri Xudadat Xudiyev
35. Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov
36. Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov
37. Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov
38. Azadlıq Partiyasının sədri Əhməd Orucov
39. Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qənioğlu
40. Azərbaycan Milli Demokrat Partiyasının sədri Tufan Kərimov
41. Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan
42. “Qorqud” Partiyasının sədri Firudin Kərimov
43. Milli Demokrat İdrak Partiyasının sədri Osman Əfəndi
44. Milli Konqres Partiyasının sədri İxtiyar Şirinov
45. Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu
46. Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimov
47. Azərbaycan Kommunist Partiyası - Hacı Hacıyev, Rauf Qurbanov
48. “Azərbaycan Mübarizləri” Partiyasının sədr müavini Səadət Müslümova.
Bizim.Media