Ölənin həyatındaxa0 baş verən xəstəlik və yaxud qəza, onu yuxuda görənin həyatında təkrarlana bilər ...
Tibb elmindən məlumdur ki, bəzi xəstəliklər insana irsən keçir. Amma, tibb elmi bugünədək izah edə bilmir ki, valideynlərdə olan xəstəlik niyə övladlardan hamısına deyil, məhz birinə keçir? Necə etmək olar ki, xəstəlikxa0 irsən keçməsin? Övlad, valideyndə olan irsixa0 xəstəlikdən necə yayına bilər? Bu suallarla əməkdaşımız psixoloq, elmi-lədun bilicisi Paşa Yaquba müraciət edib və çox maraqlı cavablar alıb.xa0 Həkimin cavablarını moderator.az saytının oxucularına təqdim edirik:xa0
(Müsahibənin əvvəlini bu linkdən oxuya bilərsiniz: //www.moderator.az/news/250151.html)
-Doktor, yuxarıda anadakı xəstəliyin övlada irsənxa0 keçmə mexanizmini şərh etdiniz. Bildirdiniz ki, bu yoluxma ana bətnində baş verir. Buradan bir sual meydana çıxır: bəlkə ana hamiləlik dövrlərini normal keçirib və bu dövrlərdə onda heç bir xəstəlik olmayıb. Uşaqlar da sağlam doğulub. Lakin ana, həyatının sonrakı illərində xəstəlik keçirib. Bu xəstəlikdən sonra ana hamilə qalmasa, həminn xəstəliyi irsən övladına keçirə bilərmi?xa0
-Həkimlik təcrübəmizdə bu cür hallarla da qarşılaşırıq. Ana neqativ enerjiyə məsələn, 40-50 yaşlarında yoluxur və onda xəstəlik yaranır. Müalicələr effekt vermir və ana ya qoca yaşlarında, ya da hansısa bir qəzada dünyasını dəyişir. Bundan sonra övladlardan birində - əsasən də, ona ruhən ən çox bağlı olan övladın üzərinə ağırlıq düşür. Yuxarıda atanın ölümündən sonra övladda baş verən əlamətlər bu və ya digər formada ananın ölümündən sonra övladların birində görünməyə başlayır. Beləliklə, xəstəlik (əslində neqativ enerji) irsən ötürülməyə başlayır...
-Doktor, siz xəstəliklərinxa0 valideynlərdən irsən keçmə yollarınıxa0 izah etdinniz. Bəs, ailənin digər üzvlərindən, məsələn, bacıdan, qardaşdan insana irsi xəstəlik keçə bilirmi?
-Bəli, bu da mümkündür. Valideyndən irsən keçən neqativ enerji övladda xəstəlik yaradır. Bunun qarşısı alınmazsa, həmin adam ya xəstəlikdən, ya da hansısa qəzadan dünyasını dəyişir. Burada bir vacib məqamı da vurğulayım ki, qəza nəticəsində dünyasını dəyişən insanların həyatını araşdırdıqda məlum olur ki, onlar neqativ enerji ilə ağır formada yüklənmiş olurlar. Onların həyatını qaraldan da elə bu enerji olur. Bu şəxslər ömürlərini yarımçıq qoyduqdan sonra, ailədən bir nəfər buxa0 hadisədən dərin sarsıntı keçirir.xa0 Bu, o şəxs olur ki, mərhumun bacı-qardaşlarından fiziki cəhətdən ən zəifi olur. Neqativ enerji canlı olduğundan, o, ailədə ən zəif halqanın üzərinə düşür və zənciri məhz bu halqadan qırmağa çalışır. Bundan sonra, ailənin həmin üzvündə sinir pozğunluqları, əsəb, qorxu, həyəcan və digər ağrılar baş qaldırır. Aparılan müalicələr effektsiz olur. Həmin şəxs daim qorxulu yuxular görür. Ən çox da ailənin cavan rəhmətə getmiş üzvünüxa0 görür. Burada haşiyə çıxaraq, bildirim ki, insan rəhmətə getmiş birini tez-tez yuxuda görürsə, deməli, onun həyatına təhlükə var. Ölənin həyatındaxa0 baş verənlər (xəstəlik və yaxud qəzalar), onu yuxuda görənin həyatında təkrarlana bilər. Bu həm də onu göstərir ki, rəhmətə gedənin həyatınıxa0 qaraldan neqativ enerji, artıq onu yuxuda görən şəxsə yüklənibdir. Zaman keçdikcə, həmin adam qəfil xəstəliyə tutula, yaxud, qəza keçirə bilər.
-Belə halda nə etmək lazımdır ki, yuxu görən şəxs, ölənin taleyini yaşamasın?
- Ölüləri yuxuda görən şəxsxa0 ilk növbədə ən azından iki yetim uşaq tapıb, onların qarnını doyuzdurmalıdır ki, bəladan uzaq olsun. Daha sonra atılacaq addım neqativ enerjidən təmizlənmək istiqamətində olmalıdır. İnsan, onu narahat edən qorxu, həyacan, ağrılar yaradan qara enerjidən birdəfəlik azad olmalıdır ki, gələcəkdə həyatına heç bir təhlükə olmasın və sağlam övladlar dünyaya gətirsin.xa0
-Doktor, bəs bu neqativ enerjidən necə qurtulmaq olar?
-Bildiyimiz kimi, tibb elmində neqativ enerjiyə qarşı vasitə kəşf olunmayıb. Belə şəxslər bizə müraciət etdikdə, biz onlara öz yaratdığımız müalicə metodumuzu tətbiq edirik və cəmixa0 21 günəxa0 xa0neqativ enerjidən təmizləyirik. Bundan sonra həmin enerji bir daha ailədə davam etmir və təhlükə yaratmır.

































































































