Dövlət Miqrasiya Xidmətinin rəisindən MÜRACİƏT

Hazırda oxunan: Dövlət Miqrasiya Xidmətinin rəisindən MÜRACİƏT

24989

“Pandemiya səbəbindən Rusiya Federasiyasında olan, yaşayan əcnəbi vətəndaşlarla bağlı tətbiq edilmiş güzəştlərin müddəti uzadılıb. Yeni tələblərə əsasən bu ölkədə olan, yaşayan, miqrasiya qanunvericiliyi baxımından sənədlərinin müddət axımı dayanan (etibarlılıq müddəti bitmiş), sənədləri qaydasında olmayan əcnəbilərin leqallaşması (sənədlərinin qaydaya salınması) üçün müddət 30 sentyabr 2021-ci il müəyyən edilib”.

Bizim.Media-nın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov feysbuk səhifəsində qeyd edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ötən ay Miqrasiya Xidmətinə neçə əcnəbi müraciət edib? - STATİSTİKA


Bildirib ki, bu müddətdə barələrində könüllü və ya məcburi olaraq Rusiya Federasiyasından inzibati qaydada kənara çıxarılma, deportasiya həyata keçirilmir:

“Həmçinin, patent əsasında Rusiya Federasiyasında əmək fəaliyyəti ilə məşğul olan əcnəbi şəxslər 31 dekabr 2021-ci il tarixədək bəyan edilmiş məqsədlərindən asılı olmayaraq müvafiq sənədin alınması (uzadılması) üçün müraciət edə bilərlər.

Rusiya Federasiyasında yaşayan vətəndaşlarımızın bu müddət və tələbləri diqqətdə saxlamalarını tövsiyə edirik”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin əcnəbilərin Rusiyada qalma müddətinin 30 sentyabr 2021-ci il tarixinədək uzadılması ilə bağlı fərman imzalayıb.

Qərara görə, sentyabrın 30-dək ölkə qanunlarını pozmayan əcnəbilər deportasiya olunmayacaqlar. Miqrantlardan həmin tarixədək Rusiya ərazisində qanuni yaşamaqla bağlı sənədlərini qaydaya salmaq tələb olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin