Bu gün şəhid jurnalist Sirac Abışovun toy günüdür - FOTO

Hazırda oxunan: Bu gün şəhid jurnalist Sirac Abışovun toy günüdür - FOTO

24986

AzTV-nin əmədaşı Sirac Abışovun şəhid olmasından 12 gün, toyundan isə düz iki il keçir.

Bizim.Media xəbər verir ki, operator Sirac Abışov peşə borcunu yerinə yetirərkən, erməni vəhşiliklərini lentə alarkən elə erməni terroru ilə üzləşib və Kəlbəcərin Susuzluq kəndində qaniçən daşnakların basdırdığı mina onun vəfatına səbəb olub. 
 

MÖVZU İLƏ BAĞLI:

Şəhid jurnalistin qardaşından ÜZÜCÜ PAYLAŞIM - FOTO


Siracın gözlərinin son gördüyü, kamerasının obyektivinin son çəkdiyi də elə işğaldan azad olunan Kəlbəcər rayonu olub. 

O, Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub. Bu gün Sumqayıtda onun məzarı üstündə göz yaşı tökənlər düz iki il əvvəl Sumqayıtda onun toyuna yığışmışdılar. 

Ailə qurmasından iki il ötsə də, həyatının bir ilə qədərini (7 ay) Qarabağ çəkilişlərinə həsr edən Sirac martın 16-sı 1 yaşı olan Özgür oğlunu cəmi 3-4 dəfə görə bilib. 

Azərbaycanın şəhid övladına Allahdan rəhmət diləyirik.  Elə onun qardaşı Şirzad demişkən, "Sirac evdən yox, eldən getdi".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin