Azərbaycanın Ukraynadakı keçmiş səfirindən Prezidentə MÜRACİƏT...

Hazırda oxunan: Azərbaycanın Ukraynadakı keçmiş səfirindən Prezidentə MÜRACİƏT...

249494
Azərbaycanın Ukraynadakı keçmiş səfiri Tələt Əliyev Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Müraciətin mətnini olduğu kimi təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənah İlham Əliycvə
Fövqəladə və səlahiyyətli səfir
Tələt Əliyev tərəfindən
(2001-2010 -cu illərdə Ukraynada səfir)
Müraciətxa0

Möhtərəm cənab Prezident!

İlk növbədə, Sizə, dərin hörmət və sədaqətimi bildirir və mənim həyatımda baş vermiş bir hadisə ilə əlaqədar olaraq müraciət etmək məcburiyyətində qaldım.

Mən, 1963-cü ildən Ukraynanın Kiyev şəhərində yaşayıram və burada siravi fəhlə kimi əmək fəaliyyətimi başlayaraq, SSRİ kimya nazirliyinin Baş elmi-tədqiqat və Layihə institulu olan “BHИИXИМПРОЕКТ"-də direktor müavini vəzifəsinə kimi yüksəlmişəm.

Ukraynada yaşadığım 55 ildən çox müddətdə, həmişə doğma Azərbaycanımızın mədəniyyətinin, tarixinin, Azərbaycan həqiqətlərinin, 20 Yanvar, Xocalı soyqırımı, ermənilərin dövlətimizə və millətimizə qarşı törətdiyi vəhşiliklərin Ukrayna xalqına və ictimaiyətinə çatdırmaq üçün var gücümlə çalışmışam.

1999-cu ildə Ukrayna Azərbaycanlıları Konqresi (UAK) ictimai təşkilatının təsis konfransında ilk sədr seçilmişəm. O zaman, UAK ulu öndər, dahi Heydər Əliyevin diasporumuz qarşısında qoyduğu tapşınqlar tövsiyəvi bir proqram kimi qəbul edərək fəaliyyətini formalaşdırdı.

UAK qısa bir zamanda Ukraynada yaşayan azərbaycanlıları. vahid təşkilatı olaraq, azsaylı millətlər təşkilatlar arasında ən güclü təşkilaılardan biri olmuşdur. Ukrayna Prezidenti administrasiyasının Humanitar idarəsinin tərkibində yaradılan azsaylı millətlər təşkilatı sektorunıın beş üzvündən biri olmuşam. 2000-ci ildə Ukrayna Prezidentinin Fəxri Fərmanı ilə təltif olunmuşam.

Ulu öndər Heydər Əliyev Ukraynada rəsmi səfəri çərçivəsində məni qəbul edərək, UAK-ın gördüyü işlər haqqında verdiyim məlumat əsasında təşkilatımızın fəaliyyətinə yüksək qiymət vermişdir.

2001-ci ildə, Ulu öndər məhz məni, Ukraynada yaşayan azərbaycanlılar içərisindən seçərək, Azərbaycanın Ukraynada səfiri təyin etmişdir. Mənə göstərilən yüksək etimadı doğrultmaq üçün var gücümlə dövlətimə qulluq etmişəm. 2002-ci ildə dahi Heydər Əliyev mənim səfır kimi fəaliyyətimdən razılığını bildirərək, məni paralel olaraq Belarus və Moldovada da səfir təyin etmiş, bu ölkələrdə siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin yaranması, inkişafı və perspektivləri haqda öz tövsiyyələrini vermişdir.

Eyni zamanda, bu üç dövlətdə hərtərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində inkişafını təmin etmək üçün, Siz cənab Prezident, mənə öz göstərişlərinizi verdiniz.

Azərbaycan - Ukrayna əlaqələri hərtərəfli inkişaf edərək, iki dövlət arasında stratcji tarəfdaşlıq münasibətlərinin ən yüksək səviyyəsinə çatdırıldı, Prezidentlər Şurası yaradıldı. İqtisadi əlaqalər dəfələrlə yüksəlmiş, SOKAR-ın Ukraynada nümayəndiliyi açılmış, humanitar sahədə əlaqələr sürətlə inkişaf etməyə başlamşdır.

2004-cü ildə, Siz cənab Prczident, Ukraynaya dövlət səfəri zamam, dünyada ilk dəfə ucaldılmış. Ulu öndərimiz Heydər Əliyevin heykəlinin və akademik, görkəmli oftalmoloq Zərifə Əliycvanın adına parkın, hcykəlinin və adına küçənin açılışında iştirak etmisiniz.

2006-cı ildə, Kiyev şəhərində, Azərbaycanın Xalq şairi Səməd Vurğunun adını daşıyan kitabxana əsaslı təmir olunmuş, şairin qızı Aybəniz xanım, Ukrayna və Azərbaycan Mədəniyyət nazirlərinin, Milli Məclisin və Ukrayna Ali Radasınm deputatlarının iştirakı ilə heykəlin açılışı olmuşdur.

2008-ci ildə, Bakı şəhərində, Ukraynanın Xalq şairi Taras Şevçcnkonun heykəli Sizin və Ukrayna prezidcnti Viktor Yuşenkonun iştirakı ilə olmuşdur.

Ukrayna Azərbaycan əlaqələrinin inkişafındakı əməyimi nəzərə alaraq, Ukrayna prezidentinin “Xidmətlərinə görə” III dərəcəli ordeni ilə, Ukrayna Provoslav kilsəsinin 111 dərəcəli "Müqəddəs Stanislav” ordeni ilə, Ukrayna XİN-ııin l dərəcəü Fəxri nişanı ilə və bir çox orden, medal, nişanlarla təltif olunmuşam.

Möhtərəm cənab Prezident!

2001- ildə mən səfirliyi qəbul edən zaman, səfirliyin binası acınacaqlı vəziyyətdə idi və əsaslı təmirə ehtiyacı var idi. Ərazidə torpaq sürüşməsi ilə əlaqədar olaraq binanın bütün divarlarında və ərazinin özündə dərin çatlar var idi. 2004-cü ildə, Siz səfırliyin ərazisində olduğunuz zaman, mən bu haqda Sizə məruzə etdim və binanın əsaslı təmirə ehtiyac olduğunu qeyd etdiniz.

2007-2009-cu illərdə binanın təmiri prosesi, onun layihəsini hazırlayan Azərbaycan Layihə institutunun və XİN-nin ciddi nəzarəti altında aparılırdı. Təmir işləri zamanı layihədə olmayan çoxlu çatışmamazlıqlar ortaya çıxırdı ki, onların aradan götürülməsi üçün təcili tədbirlər görülürdü.

2010-cu ilin 15 iyul tarixində, mən geri çağırılan zaman, təmir işləri başa çatmamışdı. Görülmüş işləri və səfırliyi, yeni səfır təyin olunmuş Eynulla Mədətliyə qayda-qanun əsasında təhvil verdim və E.Mədətli işlədiyi müddətdə təmir işləri davam edirdi. E.Mədətli geri çağırıldıqdan sonra səfırliyə iki il müvəqqəti işlər vəkili rəhbərlik etmişdir. Bir sözlə, son səkkiz ildə, mənim səfir kimi fəaliyyətimlə və səfirliyin binasının təmiri ilə əlaqədar heç bir şəxs tərəfindən mənə qarşı iddia sürülməmişdir.

2016-cı ildə, Azər Xudiyev Azərbaycanın Ukraynada səfıri təyin olunduqdan sonra, mənə və Ukraynada yaşayan bir çox işgüzar və fəal diaspor üzvlərinə qarşı “müharibə” elan etdi. A.Xudiyev mənə xəbər göndərdi ki, mənim səfir işlədiyim dövrdə, mən, onun diplomata yaraşmayan və ölkəmizin imicinə zərər gətirən davranışı barədə XİN-nə mənfi fikir bildirmişəm və onun karyer inkişafını ləngitmişəm. Buna görə də, o məndən qisas almaq üçün əlindən gələni əsirgəməyəcək. Məlumat üçün bildirirəm ki, mənim səfır çalışdığım dövrdə Moldovada hələ səfırlik açılmamışdı və mən, onu Moldovaya səfırliyin nümayəndəsi kimi uzunmüddətli ezamiyyətə göndərmişdim.

A.Xudiyev Moldovada diplomat kimi çalışdığı zaman, Moldova XİN-dən onun haqqında çox xoşagəlməz məlumatlar gəlirdi. Ona səfir kimi münasibət bəsləməyi tələb edir, bir qrup ətrafı ilə, mənim səfır kimi və Azərbaycan XİN-nin icazəsi olmadan Avropa ölkələrinə, Almaniyaya, Fransaya, Rumıniyaya və başqa dövlətlərə səfərlər edirdi və hər dəfə də onu müxtəlif adlı yerli qadınlar müşayiət edirdi ki, bu notaların nüsxələrin mənə Moldova XİN-dən göndərirdilər. Onunla apardığım bir neçə tərbiyəvi söhbətlər də bir nəticə vermirdi. Mən öz vəzifə borcumu yerinə yetirərək, bu haqda Azərbaycan XİN-ni məlumatlandırırdım.

Çox təəssüflər olsun ki, A.Xudiyev Ukraynada səfır təyin olunduqdan sonra, ikitərəfli əlaqələri inkişaf etdirmək, diaspor təşkilatlarımızı birləşdirib onun nüfuzunu qaldırmaq, mövqeləri çox güclü olan erməni və gürcü diasporalanna konkurent olmaqla məşğul olmadı, əksinə, təməli Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş diaspor təşkilatlarımızı parçalamaqla məşğul oldu. Ən xoşagəlməz hal odur ki, Ukraynada yaşayan həmvətənlərimizi cəzalandırmaq üçün erməni əsilli DİN-i ilə iş birliyi qurmaqdan çəkinmədi və əsassız “donoslar” və uydurma şikayətlər yazmaqla məşğul oldu. Öz çirkin oyunlarına Ukrayna hüquq-mühafızə orqanlarını, Ukrayna Baş prokurorluğunıı qoşdu.

Səfırliyin binasının bugünkü vəziyyətə düşməsinin əsas səbəbi, səfırliyin binası ilə qonşuluqda, yüksək mərtəbəli binanın inşaatı, dərin svaylann vurulması və s. olub. Ərazidə sürüşmənin olduğu və səfırliyin binasının bünövrəsinə xələl gətirə biləcəyini nəzərə alaraq, nə mən, nə də məndən sonra səfırliyə rəhbərlik edən şəxslər, Kiyev şəhər meriyasına və digər aidiyatı təşkilatlara, müvafıq tikinti- texniki normalara əsaslanaraq, burada heç bir tikinti işlərinin aparılmasına icazə vermirdik.

Lakin, A.Xudiyev hansısa maddi marağa görə bu tikintiyə icazə verib (tikinti şirkətindən bir milyon ABŞ dollan məbləğində rüşvət alması barəda söhbətlər yayılıb). Bunun nəticəsinda səfırliyin binasını qəza vəziyyətinə gətirib çıxarıb və ərazinin və binanın təhlükəsizliyini də sıfıra endirib.

Bu ilin iyul ayında, A.Xudiyevin, erməni əsilli Ukrayna Daxili İşlər naziri Arsen Avakova və Ukrayna Baş prokurorluğuna, yazılı şikayəti əsasında tək mənə qarşı yox, bir neçə diaspor fəallarımıza qarşı cinayət işləri açılıb. Cinayət işi əsasında məhkəmə qərar verib və mənim şəxsi mənzilimdə axtarış aparılıb. Mənim, 2001-ci ildən bu günə kimi fəaliyyətim haqqında sənədlər və möhür axtarıblar, baxmayaraq ki, 2010-cu ildə mən səfırliyin bütün sənədlərini və möhürün qanuni şəkildə təhvil vermişdim. Axtarış aparan şəxslərlə söhbətim nəticəsində bildirdim ki, mənim diplomatik toxunulmamazlığım var, bildirdilər ki, sizin dövlətinizin adından indiki səfırinizin bizə rəsmi şikayəti, bizə axtarış aparmağa tam əsas verir. Əlbəttə ki, axtarış zamanı mənim fəaliyyətimlə əlaqədar heç nə tapa bilmədilər. Bunun nəticəsində həyat yoldaşım mikroinsult keçirdi, hamilə qızım çox təhlükəli anlar yaşadı. Əlbəttə ki, bütün bu hərəkətlər mənim təmiz adıma, reputasiyama çox ziyan vurdu və bu ləkəyə görə çox narahatlıqlar keçirdim.

Əlbəttə ki, bütün bu işlər, səfir A.Xudiyevin xüsusi səyləri və məndən qisas almaq üçün erməni əsilli Ukraynanın daxili işlər naziri ilə iş birliyi nəticəsində baş verir. Ukraynada akkreditasiya olunmuş
yüzdən çox səfirlik və beynəlxalq missiyalar fəaliyyət göstərir. Lakin, heç vaxt belə hal olmayıb ki, təzə səfır köhnə səfırdən və ya diplomatdan, ezamiyyətdə olduğu ölkənin hüquq-mühafızə orqanlarına şikayət etsin. Ukrayna və Azərbaycanın həyatındakı bu nadir hadisə səfır A.Xudiyevin sayəsində baş verdi.

A.Xudiyevin bu hərəkətləri Azərbaycanın və Uraynada daimi yaşayan diapor üzvlərimizə çox ciddi xələl gətirir və ermənilər belə hallardan çox məharətlə istifadə cdirlər.

Cənab Prezident!

Bütün bunlan yazmaqda məqsədim, Azərbaycanı sevən, Ulu öndərimiz Heydər Əliyevin kursunun davamçısı Sizə sədaqətli vətənpərvər bir şəxs olduğumu bir daha nəzərinizə çatdırmaq, məni və diasporumuzun layiqli nümayəndələrini səfır A.Xudiyevin əsassız, qərəzli, dövlətimizin nüfuzuna xələl gətirən əməllərindən qorunmasını xahiş etməkdir.

Dərin hörmətlə,
Fövqəladə və səlahiyyətli səfir:xa0 xa0 xa0 xa0 Tələt Əliyev
Ukrayna, Kiyev
28.11.2018
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin