“”Savalan” qrupu fəaliyyətini davam etdirəcək, başçımız da sona qədər Novruzdur”

Hazırda oxunan: “”Savalan” qrupu fəaliyyətini davam etdirəcək, başçımız da sona qədər Novruzdur”

249185
Ötən həftə “Savalan” mistik musiqi qrupunun bədii rəhbəri Novruz Novruzlu dünyasını dəyişdi. Aktyor-müğənninin qəfil vəfatı minlərlə insan tərəfindən kədərlə qarşılandı. Çünki o və komandası “Savalan”ın timsalında Azərbaycan musiqisinə yeni bir tərz, fərqli mənəvi anlayış gətirmişdilər.xa0
Novruz Novruzlunun vəfatından sonra “Savalan”qrupunun gələcək taleyi hər kəs üçün maraqlıdır.xa0

Qrupun əsas üzvlərindən olan, aranjeman mütəxəssisi və kaman ifaçısı İffət Əsgərov Moderator.az-a açıqlamasında bu barədə heç bir narahatlığın olmadığını, qrupun fəaliyyətini davam etdirəcəyini bildirib:

"“Savalan” öz işini davam etdirəcək. Başçımız sona qədər Novruzdur. Yanvar ayında xatirə gecəsi keçirməyi düşünürük. Ad dəyişikliyi barədə hələ fikrimiz yoxdur”.

Qeyd edək ki,xa0 İffətxa0 Əsgərovun mətbuata verdiyi müsahibədə qrupun fəaliyyəti ilə bağlı dediyi fikir yanlış anlaşılmış və bu,”Savalan” sevərləri narahat etmişdi. Bəziləri “Savalan”ın daha olmayacağını düşünüblər. Lakin, İffət bəy əksini söyləyir, “Novruz yoxdursa, deməli Savalan da yoxdur” fikrinin mənəvi kontekstdə olduğunu qeyd edir.xa0

Yəni Novruz yoxdursa, deməli, onun gətirdiyi, ona aid bir ruhun olmadığını vurğulayıb. Lakin qrup öz işini davam etdirəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin