Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Şuşa şəhərinə gəliblər, Türkiyə prezidentinin rəsmi qarşılanma mərasimi olub.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb. Mənbə yazır ki, Ərdoğan bazar ertəsi gecə Bakıya gəlib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev və Ərdoğan Şuşada - VİDEO - YENİLƏNİR
Bundan əvvəl Bakıdakı bir mənbə RİA Novosti-yə Ərdoğanın Şuşada rəsmi qarşılama mərasimində Əliyevlə görüşəcəyini söyləmişdi. Təkbətək görüşdən sonra sənədlərin imzalanma mərasimi keçiriləcək.
Şuşada Türkiyə prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Türkiyə lideri və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti və ölkənin birinci xanımı Mehriban Əliyeva qarşılayıb. İki ölkənin himnləri səsləndirilib.
Bizim.Media