Qarabağa birinci hansı rayon əhalisi qayıdacaq? – MƏLUM OLDU

Hazırda oxunan: Qarabağa birinci hansı rayon əhalisi qayıdacaq? – MƏLUM OLDU

24883

Xəbər verildiyi kimi Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dünən Füzuli rayonunda həyata keçirilən infrastruktur layihələrinin icrası ilə tanış olublar.

Ölkə rəhbəri Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tunelin təməlini də qoyub.

Bizim.Media
xəbər verir ki, məsələni şərh edən deputat, iqtisadçı Vüqar Bayramov qeyd edib ki, Füzuli şəhəri və rayonun ərazisinin əhəmiyyətli hissəsinin 27 il işğal altında qalması rayon iqtisadiyyatına təsirsiz ötüşməyib:
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağa qayıdış sürətlənəcək – Ağdamda tramvay da fəaliyyət göstərəcək


“Füzuli rayonu artıq bərpa olunur. Formalaşan infrastruktur yalnız Füzuli rayonu deyil, bütövlükdə bölgə üçün xüsusi əhəmiyyət daşıyır. 110/35/10 kilovoltluq Füzuli yarımstansiyası rayonun enerji təminatında xüsusi paya malik olacaq.

İnşa edilən yeni hava limanın və Şuşa yolunun yaxınlığında yerləşən bu yarımstansiya liman da daxil olmaqla Füzuli şəhəri və ətraf kəndlərdə inşa ediləcək bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.

Füzuli hava limanı isə uzunluğu 3 km, eni 60 metr olan uçuş enmə zolağı, 60 min kv metrlik 8 hava gəmisinin dayanması üçün sahə, sərnişlərə xidmət göstərək terminal, hava gəmilərinin idarəedilməsi üçün qüllə, transformator yarım stansiyası, qazanxana, su anbarı və başqa köməkçi tikililərdən ibarət olacaq.

Hava limanı 1 saatda 200 sərnişinə xidmət edə biləcək. Füzuli hava limanı işğaldan azad edilmiş ərazilərimizə xarici turistlərin gəlməsi baxımından olduqca faydalıdır və yeni imkanlar yaradacaq”.

Deputatın sözlərinə görə hava limanı yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir:
 

“İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialına nəzərə alsaq, Füzulidə açılacaq hava limanı həm də həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxmından vacibdir.


Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tunelin təməlinin qoyulması Zəfər Yolunun daha intensiv şəkildə inşaatından xəbər verir.

Bütövlükdə, bu gün Füzuli rayonunda formalaşdırılan infrastruktur bölgənin inkişafına xüsusi töhvə verəcək. Bu həmçinin məcburi köçkünlərin öz ata-baba yurdlarına daha tez qayıda biləcəyi anlamına da gəlir”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin