Dövlət qulluqçularının rotasiya mexanizmi yaradılacaq - Kompensasiya və birdəfəlik ödənişlər veriləcək

Hazırda oxunan: Dövlət qulluqçularının rotasiya mexanizmi yaradılacaq - Kompensasiya və birdəfəlik ödənişlər veriləcək

248813
Azərbaycanda dövlət qulluqçularının rotasiyası mexanizmi yaradılacaq.xa0

Bu, Prezident İlham Əliyevin 23 noyabr sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”da əksini tapıb.xa0

Sənəddə qeyd edilir ki, dövlət qulluqçularının potensialından səmərəli istifadə, xidməti və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə və dövlət orqanlarının tələbatına uyğun olaraq dövlət qulluqçularının rotasiyası həyata keçirilməlidir. Rotasiyanın səmərə verdiyi sahələr və vəzifələr, onun tətbiqi mexanizmləri qanunvericiliklə müəyyən edilməlidir.

Bununla əlaqədar Nazirlər Kabineti, Ədliyyə Nazirliyi və Dövlət İmtahan Mərkəzi dövlət qulluğunda rotasiyanın tətbiqi mexanizmlərinin formalaşdırılmasına dair təkliflər hazırlamalıdır və 2020-ci ildə qanunvericilikdə rotasiyanın tətbiqi mexanizmləri müəyyən edilməlidir.xa0 Rotasiya olunan zaman yaşadığı regionu dəyişən dövlət qulluqçuları üçün kompensasiya və birdəfəlik ödəniş mexanizmlərinin tətbiqinə dair təkliflər də hazırlanmalı və artıq 2021-ci ildə dövlət qulluqçularının rotasiyası zamanı onların sosial müdafiəsinin gücləndirilməsi təmin edilməlidir.xa0

Dövlət orqanlarının rəhbərləri tabeliklərində olan dövlət qulluqçularının, o cümlədən rəhbər vəzifəli dövlət qulluqçularının rotasiyasında maraqlı olmalı, dövlət orqanının fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə bu alətdən qanunvericiliklə müəyyən edilmiş qaydada mütəmadi istifadə etməlidirlər.(BakuPost)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin