Türkmənistanın qeyri-neft sektoruna aid tranziti Azərbaycan üzərindən 9 ay ərzində 190 min ton yük təşkil edib.xa0
Moderator.az xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanın nəqliyyat - tranzit potensialına dair keçirdiyi mətbuat konfransında deyib.xa0
Onun sözlərinə görə, neft sektoru üzrəxa0 isə daşıma 4 mln ton təşkil edib :" Türkmənistandan neft imkanlarının daşınması genişdir. Çünki yüklərin həcmi artıb. Nəqliyyat dəhlizinin təşviqi istiqamətində bir sıra işlər həyata keçirilir”.
Çinin Trans-Xəzər Nəqliyyat Dəhlizinə marağı var.
Ş.Mustafayev həmçinin əlavə edib ki,xa0 Trans-Xəzər Nəqliyyat Dəhlizinin təşviqi üçün təqdimat növbəti il Hindistanda həyata keçirəcək: “Bundan əvvəl Türkmənistan, Gürcüstan, Çində təqdimatı keçirilib.
Çinin iki şəhərində dəhlizə dair təqdimatlar olub. Çinin Trans-Xəzər Nəqliyyat Dəhlizinə marağı var. Çin nümayəndə heyətidəhlizlə bağlı Azərbaycana səfər edəcək .
Qeyri-neft məhsullarının tranzit daşımaları 2017-ci ildə 16%, 2018-ci ilin 9 ayında 23%, Şimal–Cənub nəqliyyat dəhlizi üzrə isə 100 dəfə artıb. Bununla belə tranzit daşımaların artırılması üçün böyük imkan var və ölkəmizdən keçən nəqliyyat dəhlizlərinin potensilaının genişləndirilməsi üçün işlər aparılır".









































































































