"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edildi

Hazırda oxunan: "Yol hərəkəti haqqında" qanuna dəyişiklik edildi

248481
Nazirlər Kabineti “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamənin təsdiq edilməsi barədə”, “Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında” və “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında” qərarlarda dəyişiklik edib.

Moderator.az xəbər verir ki, “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə”nin 1.3-cü bəndinin beşinci abzasına “kateqoriyalı” sözündən sonra “(altkateqoriyalı)” sözü əlavə edilib.

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu Qaydası”nın 4.2-ci bəndinə “kateqoriyasına” sözündən sonra “(altkateqoriyasına)” sözü əlavə edilib.

“Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydaları”nın 5.1-ci bəndinə “kateqoriyalı” sözündən sonra “(altkateqoriyalı)” sözü əlavə edilib. Qərar 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin