Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfər proqramı açıqlanıb.
Bizim.Media Anadolu Agentliyinə istinadən xəbər verir ki, rəsmi səfərlə Azərbaycana gələn Türkiyə Prezidenti R.T.Ərdoğan 27 il sonra Ermənistanın işğalından azad edilmiş Şuşada Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən rəsmi mərasimlə qarşılanacaq.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan Azərbaycana gəldi - FOTO
Azərbaycan Prezidenti ilə təkbətək görüşdən sonra sənədlərin imzalanma mərasimi olacaq. İmzalanma mərasiminin ardınca dövlət başçıları birgə mətbuat konfransı keçirəcək. Ərdoğan daha sonra Şuşa şəhərini gəzməyə çıxacaq.
Bizim.Media