Rektordan gənclərə daha 10 TÖVSİYƏ ...

Hazırda oxunan: Rektordan gənclərə daha 10 TÖVSİYƏ ...

248333

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov gənclərə daha 10 tövsiyə verib.xa0


Moderator.az Modern.az-a istinadən məlumatına görə, rektor aşağıdakı tövsiyələrini gənclərlə bölüşüb:

1. Kimisə qınamaqdan və tənqiddən öncə özünüzü onun yerinə qoymağa çalışın.

2. Bu gününüzdən sanki sonuncu gününüzdür kimi bəhrələnin.

3. Təhsil müddətində yalnız təhsilə yönəlin, həm işləmək, həm oxumaq sizi iki yerə böləcək.xa0

4. Təhsil müddətində nəzəri biliklərlə yanaşı, praktik təcrübə əldə etməyə çalışın.

5. Dini biliklərlə yanaşı, dərin dünyəvi biliklər də əldə edin.

6. İndidən özünüzdə kitabxanaya getmək vərdişi formalaşdırın.

7. Altıncı və bazar günlərini fürsətə çevirin. Həmin günlər şəhərin müxtəlif yerlərində maraqlı tədbirlər keçirilir.xa0

8. Seçdiyiniz sahəyə aid xəbərləri davamlı izləyin.

9. Tələbəlik illərindən sistemli və dəqiq olmağa vərdiş edin.

10. Tənqidə açıq olun və səhvlərinizdən nəticə çıxarın.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin