Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi, kommunal qurumlar və paytaxt rayonlarının İcra Hakimiyyətləri tərəfindən əsas küçə və prospektlərdə yerləşən binaların eyvanlarında müxtəlif rəngli güllərlə bəzədilmiş dibçəklər yerləşdirilməyə başlayıb.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Bizim.Media-ya daxil olan məlumata görə, mərkəz küçələrdə start verilən bu aksiyaya paytaxtın bütün rayonları da qoşulmuş və artıq şəhərin bir çox binalarının eyvanlarının bəzədilməsi işləri böyük vüsət alıb.
Artıq eyvanlara 3000-dən cox dibçək yerləşdirilib və bu işlər sürətlə davam edir.
Bizim.Media