“Azərbaycan hökuməti tərəfindən COVAX platformasının dəstəyi ilə AstraZeneca-SKBio (Cənubi Koreya) tərəfindən istehsal olunan AstraZeneca vaksini də ölkəmizdə tətbiq edilir. Aparılan genişmiqyaslı sınaqlar göstərib ki, o, COVID-19 virusunun geniş yayılmasının qarşısının alınmasında yüksək dərəcədə təsirlidir”.
Bizim.Media Səhiyyə Nazirliyinin saytına istinadla xəbər verir ki, bunu qurumun İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə deyib.
Onun sözlərinə görə bu vaksin vektor üsulu ilə hazırlanıb:
“Bu üsül yenilik deyil, vektor üsulu ilə vaksinlərin tədbiqi 1990-cı illərdə başlanıb. Orqanizm xarici bir zülalla təmasdan sonra virusa qarşı anticismlər istehsal etməyə başlayır. Peyvəndi adi məişət soyuducularında müvafiq temperaturlarda sabit saxlamaq olar və iki dozalıdır.
"Sinovac" peyvəndinin əsas üstün cəhətlərindən biri – standart soyuducuda 2-8 dərəcədə saxlanılmasının mümkünlüyüdür.
"Oxford-AstraZeneca " peyvəndi də eyni cür saxlanılma imkanında olsa da, "Pfizer" peyvəndini isə mənfi 70 dərəcədə saxlamaq tələb olunur. Bu o deməkdir ki, həm Sinovac, həm də Oxford-AstraZeneca peyvəndi bu qədər aşağı temperaturda çox miqdarda peyvənd saxlaya bilməyən inkişaf etməkdə olan ölkələr üçün daha əlverişlidir”.
Bizim.Media