Sərsənglə Ağdərəni birləşdirən 100 milyon dollarlıq su kanalı çəkiləcək?..- Separatçılardan yeni həyasız layihə...

Hazırda oxunan: Sərsənglə Ağdərəni birləşdirən 100 milyon dollarlıq su kanalı çəkiləcək?..- Separatçılardan yeni həyasız layihə...

247257
Bu, işğal altındakı Azərbaycan torpaqlarında suvarılan torpaqların sahəsini iki dəfə artıracaq...

“Tezlikləxa0 xarici investisiyalar hesabına “Artsax”daxa0 Sərsənginxa0 yeni sağ sahil kanalı tikiləcək. İnşaat işləri bir neçə il davam edəcək. Kanalxa0 imkan verəcəkdir ki, “Ağdərə rayonu”nun tarlaları rahat sulansın. Bu məqsədləxa0 rayonda 3 yeni su anbarı qurulacaq və nəticədəxa0 10 min hektardan çox torpaq sulanacaq...”xa0

Moderator24.com xəbər verir ki, bu haqda "Armenpress" saytıxa0 qondarma rejim başçısının “müşavirixa0 və xüsusi işlər üzrəxa0 nümayəndəsi” sayılan Araik Arutyunyan ad-soyadlı məxluq öz “Facebook” səhifəsinə istinadla məlumat yayıb. Qondarma “müşavir”in sözlərinə görə, 100 milyon dollara başa gələcək həmin investisiya layihəsi onun Avropa ölkələrinə səfərinin nəticəsidir və bu, işğal altındakı Azərbaycan torpaqlarında suvarılan torpaqların sahəsini iki dəfə artıracaq...Bundan əlavə, yeni kanal təzə su elektrik stansiyalarının tikintisinə şərait yaradacaq ki,xa0 bu da gələcəkdə qondarma rejimə elektrik enerjisi ixrac etməyə imkan verəcək. Separatçı iddia edir ki, investorların nümayəndələri artıq Qarabağdadır və bu meqa-layihənin vaxtı və texniki məsələlər barədə müzakirələr aparırlar.xa0 Investorlar eyni zamandaxa0 sözügedən yerlərdə bağçılığın da inkişafında iştirak edəcəklər...

Sonda A. Arutyunyan Azərbaycan torpaqlarında yaşayan ermənilərə tezliklə digər xoş xəbərlər də çatdıracağını vəd edib...

P.S. Bir iki sərt bəyanat verək, hay qaldıraq, görək tərəqqipərvər, demokratk, ədalətli beynəlxalq ictimaiyyət səsimizə səs verəcəkmi? Amma lazım gəlsə...xa0

Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin