”Bakı Metropoliteni” ilə bağlı YENİ QƏRAR

Hazırda oxunan: ”Bakı Metropoliteni” ilə bağlı YENİ QƏRAR

24710

”Bakı Metropoliteni” QSC və Metropoliten İşçilərinin Həmkarlar İttifaqı (MİHİ) arasında 2021-2023-cü illər üçün kollektiv müqavilənin qəbuluna dair konfrans keçirilib.

Bu barədə Bizim.Media-ya qurumdan bildirilib.

Məlumata görə, MİHİ-nın sədri Arif Mərdanov mövcud müqavilənin müddəti bitdiyi üçün yeni müqavilənin hazırlanması və müzakirə edilməsi üzrə işçi qrupunun fəaliyyəti barədə məlumat verib. 

Metro işçilərinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, onların hüquq və mənafelərinin müdafiəsinin gücləndirilməsi məqsədilə Əmək Məcəlləsi və “Həmkarlar İttifaqları haqqında” qanuna uyğun olaraq “Bakı Metropoliteni” və MİHİ 2021-2023-cü illər üçün kollektiv müqavilənin bağlanması barədə birgə qərar qəbul edib.

Son nəticədə tərəflər arasında 2019-2021-ci illər üçün bağlanmış kollektiv müqavilə qüvvədən düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin