Ölkəmizdə akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələri iyunun 13-də Ağdam şəhərinin mərkəzi küçəsində ermənilərin yerlə-yeksan etdikləri binaların qalıqlarına baxıblar. Ağdam Dram Teatrının qalıqları da bu küçədədir.
MÖVZU İLƏ BAĞLI:
Diplomatlar Ağdamda İmarət kompleksində oldular - FOTO
Bizim.Media xəbər verir ki, qonaqlara ermənilərin mədəni irsimizə, o cümlədən Ağdam Dövlət Dram Teatrına vurduğu zərər barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, teatr binasının qalıqları gələcəkdə açıq səma altında muzeydə saxlanılacaq.
Bizim.Media