Azərbaycanda ailə münaqişəsində vəfat edən şəxsin ölüm səbəbi açıqlandı

Hazırda oxunan: Azərbaycanda ailə münaqişəsində vəfat edən şəxsin ölüm səbəbi açıqlandı

24612

Gəncə şəhərində mülk üstə düşən mübahisə zamanı dünyasını dəyişən şəxsin ölüm səbəbinin infarkt olduğu məlum olub.

Bizim.Media xəbər verir ki, şəhərin Bayan küçəsi 110 ünvanında baş vermiş ailə daxili mübahisə zamanı, 1968-ci il təvəllüdlü Əlixan Cəfərov dünyasını dəyişib.

Onun qardaşı ilə mübahisə zəminində öldüyü bildirilsə də, aparılan araşdırmalar nəticəsində ürək xəstəsi olan Ə.Cəfərovun həyəcan və əsəbdən infarkt keçirdiyi məlum olub.

Qeyd edək ki, ailədə mülk üstə mübahisə yaşanıb və məhrumun sərxoş olan qardaşı ilə ailə üzvləri arasında mübahisə yaşanıb.

Faktla bağlı araşdırma davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin