İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri artırıldı

Hazırda oxunan: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri artırıldı

24573
TƏBİB-in tabeliyində olan tibb müəssisələrində bədən tərbiyəsi və idmanın təbliğinin forma və metodlarını müəyyən etmək, habelə kütləvi informasiya vasitələrində bədən tərbiyəsi və idmanın sosial əhəmiyyətinin, əhalinin sağlamlığının möhkəmləndirilməsində, fiziki inkişafında və sağlam həyat tərzinin formalaşdırılmasındakı rolunun açıqlanmasını təmin etmək İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin vəzifələri sırasına daxil edilib. 

Bizim.Media xəbər verir ki, bununla əlaqədar Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsinə müvafiq dəyişiklik edilib. 

Bədən tərbiyəsi və idmanla, o cümlədən idman-sağlamlıq turizmi ilə məşğul olan şəxslər üzərində tibbi nəzarəti həyata keçirmək, ehtiyat idman qüvvələrinin və idman növləri üzrə müxtəlif səviyyəli milli yığma komandaların idman yarışlarına hazırlığının tibbi təminatında iştirak etmək də Agentliyin vəzifələri sırasına əlavə olunub. Eyni zamanda, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası sahəsində tabeliyindəki tibb müəssisələrinə həvalə edilən məsələləri həll etməlidir. 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin