“Polis rabitə qurğuları ilə Allahla qurduğumuz rabitəni pozmasaydı yaxşı olardı” - Operativ Qərargaha ŞİKAYƏT

Hazırda oxunan: “Polis rabitə qurğuları ilə Allahla qurduğumuz rabitəni pozmasaydı yaxşı olardı” - Operativ Qərargaha ŞİKAYƏT

24544

“Hörmətli Nazirlər Kabineti Yanında Operativ Qərargah üzvləri, sizdən məscidlərlə bağlı qəbul etdiyiniz qərarda dəyişiklik etmənizi xahiş edirəm. Məscidlərdə ibadət edən insan sayını 50 nəfər deyil, məscidlərdə adi vaxtlardan fərqli olaraq 50%-dən çox olmamaq şərti ilə toplana bilər qərarına dəyişəsiniz. Çünki böyük məscidlərə haqqsızlıq olur, misal üçün: Dadaş və İlahiyyət məscidlərində 50 nəfər və onlardan on dəfə böyük olan Heydər məscidi və Göy məscidlərində də 50 nəfər ibadət edə bilər, bu ədalətli deyil”.

Bizim.Media xəbər verir ki, səyyah Fərid Novruzi feysbuk hesabında qeyd edib.

O, bildirib ki, Göy məsciddə xütbə vaxtı xoşa gəlməz səhnə baş verib:

“Cümə xütbəsi vaxtı polis işçiləri məscidə daxil olaraq adam sayını yoxlayırdı və bir az çox adam görüb, namazdan sonra QMİ sədrin birinci müavini Hacı Salmana öz etirazını bildirdilər, əlbəttə polis əmrə tabe olan bir qurumdur, onlarla mübahisə edilməz, öz işlərini görürlər, yalnız çöldə durub, öz rabitə qurğularının səsləri ilə bizim Allah ilə qurduğumuz rabitəni pozmasaydılar daha yaxşı olardı, amma olan oldu. 

Şəkildə gördüyünüz kimi məsciddə insan demək olar ki çox az idi, çünki, Göy məsciddə normalda 3000 adam rahat sığışa bilir və 80 nəfər belə toplansa ora yenə də boş görünəcək.

Bu səbəbdən öz qərarınızı bir daha gözdən keçirməyinizi və necə ki avtobuslarda, metroda, restoranlarda, stadionlarda eyni ilə məscidlərdə karantin dövründə insanların toplanıb, bir nəfərdən bir dayanıb ibadət etməsinə və məscidin namaz qılınan ərazisinin 50%-dən çox tutulmaması şərti ilə icazə vermənizi rica edirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin