“100 nəfərlik toya icazə verilmir, 35 min insan isə bir yerə toplanır”- Mütəxəssisdən ETİRAZ

Hazırda oxunan: “100 nəfərlik toya icazə verilmir, 35 min insan isə bir yerə toplanır”- Mütəxəssisdən ETİRAZ

24535

“50-100 nəfərlik toylara icazə verilmir, amma 35 min azarkeşin futbol yarışında iştirakına icazə verilir. 35 min insanın bir yerə toplaşması risklidir. Dövlət və həkimlərimiz əziyyətlə bu günkü nəticəyə nail olmuşuq”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Operativ Qərargahın basdırdığı “MİNA” – TOY QADAĞASI 


Həkim vurğulayıb ki, futboldan vacib əhalimizin sağlamlığı və sayının artmasıdır:

“Aylarla-illərlə nişanlanan gənclərimizin bir-birinə qovuşub ailə qurması, nəhayətdə övlad dünyaya gətirməsi daha strateji məsələdir. Əlbəttə ki, futbol azarkeşlərinə hörmətim var. Futbol ən gözəl idman növüdür. Amma 35 min azarkeşin bir araya yığılması təhlükəlidir. Heç olmasa bu yarışı azarkeşsiz həyata keçirərdilər”.

Həkim şənbə və bazar günləri ictimai nəqliyyatın işləməməsi məsələsinə də aydınlıq gətirib. O, deyib ki, bəzi qaydaları məntiqlə başa düşməyə çalışsa da alınmır:
 

“Məsələn, şənbə-bazar günləri ictimai nəqliyyatın işləməməsi məntiqini anlaya bilmirəm. Onsuz da şənbə və bazar tədris yoxdur, çox insanlar işləmir.


Yəni şənbə-bazar ictimai nəqliyyat işləsə belə tıxac  və sıxlıq olmayacaq. Yoluxma riski yaranmır. Bunu etmirik, amma 35 min azarkeşin bir araya yığılmasına  və Formula 1 yarışlarının keçirilməsinə şərait yaradırıq. Yoluxma sayı aşağı düşdüyü üçün haradasa iri ticarət mərkəzlərinin bərpa edilməsi başadüşüləndir. Adamlar 1 ildən çoxdur işsiz qalıb, məsələnin iqtisadi-maddi tərəfləri var”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin