Daxili İşlər Nazirliyi (DİN) bu gün futbol üzrə Avropa çempionatının Bakıdakı ilk oyunun keçirilməsi ilə bağlı azarkeşlərə müraciət edib.
Bizim.Media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "Real" TV-yə açıqlamasında bildirib ki, azarkeşlər stadiona yalnız açıq vəziyyətdə, plastik qablarda 100 ml-yə qədər su apara bilərlər.
DİN rəsmisi deyib ki, hansısa bir əşyanın, protexniki vasitələrin, şüşə qab və əşyaların stadiona aparılması qadağandır:
“Əgər azarkeşlər həmin əşyalarla stadion ərazisinə daxil olmaq istəsələr, mühafizə və təhlükəsizlik koridorlarında əllərindən alınacaq. Nəzərə alsınlar ki, stadion daxilində 35-ə qədər müxtəlif ictimai iaşə obyekti fəaliyyət göstərir. Azarkeşlərin, iştirakçıların hər hansı bir qida təminatı və digər hallarla bağlı zəruri ehtiyacları olan məhsullar həmin obyektlərdə satılır. Həmin obyektlərdə bütün zəruri olan məhsullar var”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:52 / 12.06.2021
Bu əşyaları stadiona gətirməyin! - DİN-dən azarkeşlərə müraciət
Hazırda oxunan: Bu əşyaları stadiona gətirməyin! - DİN-dən azarkeşlərə müraciət
Hazırda oxunan: Bu əşyaları stadiona gətirməyin! - DİN-dən azarkeşlərə müraciət
24529
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.