Azərbaycanda pandemiyanın bitəcəyi ZAMAN AÇIQLANDI

Hazırda oxunan: Azərbaycanda pandemiyanın bitəcəyi ZAMAN AÇIQLANDI

24524

Azərbaycanda yoluxma sürətlə azalır, sağalanların sayı isə yoluxanları bir neçə dəfə üstələyir. Demək olar ki, insanlar normal həyata qayıtmğa başlayırlar. İstər dünya mütəxəssisləri, istərsə də yerli həkimlər pandemiyanın nə vaxt bitəcəyi ilə bağlı konkret proqnoz verə bilmirlər. Daha doğrusu gah epidemiyanın payıza doğru geniş vüsət alacağını və daha bir il uzanacağını, gah da bu ilin sonuna kimi tamamilə yoxa çıxacağını söyləyirlər. 2 ilə yaxındır cənginə düşdüyümüz koronavirusdan qurtulmaq üçün lazımi mübarizə tədbirləri aparılsa da, virusun bundan sonra özünü necə aparacağı və yaxamızdan əl çəkəcəyi zaman bəlli deyil.

Qeyd edək ki, ötən ilin fevralında Azərbaycanda koronavirus mövcud olandan indiyədək ümumilikdə 335 mindən çox insan virusa yoluxub. 2 milyondan çox insan isə peyvəndlənib. Qeyri-rəsmi yoluxanları da nəzərə alsaq, ölkədə kollektiv immunitet hələki formalaşmayıb.

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev Bizim.Media-ya açıqlamasında pandemiyanın nə zaman bitəcəyi barədə proqnoz verməyin çətin olduğunu bildirib:
 

“Proqnoz vermək əlbəttə ki, qeyri-ciddi məsələdir. Dünya belədir ki, özümüz də bilmədən sürprizlərlə qarşılaşırıq.


Amma vaksinasiya prosesi istər dünyada, isttərsə də Azərbaycanda yoluxmanın azalmasına əhəmiyyətli dərəcədə kömək olub. Əgər bu tendensiyanı nəzərə alarsaq və hansısa sürpriz ortaya çıxmasa,, önümüzdəki bir-iki aya daha müsbət irəliləyişlər əldə olunacaq”.

Həkim qarşıda koronavirusun mutasiyaya uğrayacağı ilə bağlı ehtimalları da gizlətməyib
 

“Biz bilmirik virus özünü necə aparacaq. Ola bilsin ki, daha yoluxucu bir ştamm yarana bilər. Hər şeyin necə olacağını yalnız Allah bilir. Payızda yenidən yoluxmanın artacağına isə inanmıram.


Çünki peyvndləmə bütün dünyada intensiv şəkildə aparılır. Pandemiyanı sonlandıracaq yeganə mübarizə üsulu vaksinasiyadır. Nə qədər sərt karantin tədbirləri olsa, bunlar köməkçi məsələlərdir. Kordinal mübarizə isə peyvəndləmədir. Bu baxımdan dünya alimlərinə təşəkkür edirik ki, peyvəndi hazırladılar”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin