İyunun 11-də saat 17.00-dan 17.30-dək Vardenis rayonu ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən
Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan atəşə tutulub.
MÖVZU İLƏ BAĞLI:
Kəlbəcərdə mövqelərimiz atəşə tutuldu - SON DƏQİQƏ
Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Bizim.Media