Pensiyası dayandırılan 60 min insanın AQİBƏTİ nə olacaq? – Deputat Nazirliyə ÇAĞIRIŞ etdi

Hazırda oxunan: Pensiyası dayandırılan 60 min insanın AQİBƏTİ nə olacaq? – Deputat Nazirliyə ÇAĞIRIŞ etdi

24399

“Ən azı 17 min insanın pensiyası dayandırılıb və bu artan xətt üzrə gedərək sosial narazılığı daha da gücləndirəcək”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev “Facebook” hesabında qeyd edib.

Onun sözlərinə görə 17 min insan ailə üzvləri ilə birlikdə 50-60 min nəfər deməkdir:

“Saxta yollarla pensiya almaları onların günahı deyil. Tələbi təklif doğurur. Şəffaflığı anladıq, amma anlamadığım bu pensiyası kəsilən insanların sonrakı dolanşığıdır. Necə yaşayacaqlar? El dilində deyə biılmərik ki “canın çıxardı, gözün də ovcuna düşərdi” rüşvətlə pensiya düzəltməzdin. Adam öldürən cinayətkarı belə çölə atmırıq axı. İsti yorğan-döşək, gündə 3 dəfə isti yemək və digər xidmətlərlə təmin olunur. Yaxşı biz insanların ucdantutma pensiyasını dayandırırıq və əvəzində nə təklif edirik? Bu adam 5-10 il belə yaşayıb və düzənini qurub. Gəliri kəsilən kimi dönüb olur lüt. Buna sevinəkmi? Sevinək ki, yüz minə yaxın insan özünə yeni qazanc yeri tapana kimi lüt qalacaq?” 
 

MÖVZU İLƏ BAĞLI:

“Pensiya yaşı aşağı salınmalıdır” - Milli Məclisdə TƏKLİF


Deputat pensiyası kəsilənlərin hər birinə alternativ qazanc yeri olan iş təklif etmək vacib olduğunu vurğulayıb:

“Vacib deyil, zərurətdir. Özümüzü onların yerinə qoyaq, heç bir dəqiqə onların yerində olmaq istəmərik. Kəsib atmaq asan, tikmək isə çətindir. Vurmaq asandır, sığal çəkmək istək istər, tutub almaq asandır, əlini cibinə salıb kiməsə nəsə vermək ürək istər”. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin