“Artıq innən belə deməyə söz qalmayıb...” - Arif Paşa

Hazırda oxunan: “Artıq innən belə deməyə söz qalmayıb...” - Arif Paşa

243881
Bu gün səhər saatlarında uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişmiş məşhur Qarabağ qazisi Etimad Əsədovun dəfn mərasimində hazırda dolanışıq ucbatından ailəsi ilə birgə Türkiyədə yaşayan və bir neçə günlüyə Vətənə dönmüş digər məşhur qazimiz-xa0 keçmiş Laçın alayının komandiri Arif Paşa ilə rastlaşdıq... Çox sarsılmışdı... Son mənzilə yola salınan Etimad Əsədov haqda ürək sözlərini soruşanda məşhur döyüş komandirini qəhər boğdu və yalnız bunları deyə bildi:”Bəy, artıq innən belə deməyə söz qalmayıb... Allah rəhmət eləsin Etimad bəyə! Daha bir qazimiz Qarabağı görmədən bu dünyadan köçdü... Amma belə getsə, hamımızı bu cür aqibət gözləyir...”


Mərasimdə iştirak edən sabiq daxili işlər naziri İsgəndər Həmidov, Qarabağ qaziləri Vaqif Əlisoy və rəhmətlik Etimad Əsədovun bilavasitə döyüş yoldaşı olanxa0 Adil Kəngərli mərhum qazi haqda ürək sözlərini söylədilər, ona Allahdan rəhmət dilədilər.

Sultan Laçın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin