“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Məşğulluq marafonu”na start verib. Məqsəd 44 günlük Vətən Müharibəsi qaziləri və şəhid ailələrinin məşğulluğunu təmin etməkdir”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin iclasında çıxış edən komitə sədri Musa Quliyev deyib.
Deputat bu gün Azərbaycanda minlərlə sahibkarlıq subyektinin, dövlət qurumunun olduğunu əsas gətirərək çox vacib müraciət edib:
“Hər müəssisə 2-3 şəhid ailəsi, Qarabağ qazisini işə götürərsə, şəhid ailələri və Qarabağ qazilərin işsizliyi ilə bağlı problem həllini tapar. Mən nazirlik və komitə rəhbərləri, sahibkarları, Türkiyə-Azərbaycan İş Adamları Birliyini, Azərbaycan-ABŞ ticarət palatalarını bu prosesə, bu təşəbbüsə dəstək verməyə çağırıram. Onlar bizim hər birimiz uğrunda şəhid olublar, sağlamlıqlarını qurban veriblər”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:13 / 11.06.2021
Deputatdan şəhid ailələri ilə bağlı sahibkarlara MÜHÜM ÇAĞIRIŞ
Hazırda oxunan: Deputatdan şəhid ailələri ilə bağlı sahibkarlara MÜHÜM ÇAĞIRIŞ
Hazırda oxunan: Deputatdan şəhid ailələri ilə bağlı sahibkarlara MÜHÜM ÇAĞIRIŞ
24384
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.