TƏCİLİ dilənçilər Bakı küçələrindən yığışdırılır – RƏSMİ

Hazırda oxunan: TƏCİLİ dilənçilər Bakı küçələrindən yığışdırılır – RƏSMİ

24376

“Bakıda dilənçiliklə məşğul olan şəxslərə qarşı tədbirlər həyata keçirilir. Tüfeyli həyat sürənlərin Bakı şəhərindən yığışdırılması təkcə futbol üzrə Avropa çempionatı – AVRO 2020 oyunları ilə bağlı deyil, bütövlükdə asayişin qorunması ilə bağlıdır”.

Bu sözləri Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev qeyd olunan oyunlarla bağlı Bakı küçələrindən dilənçi, qaraçı və tüfeylu həyat sürənlərin yığışdırılması məsələsindən danışarkən bildirib.

Onun sözlərinə görə bütövlükdə sözügedən fəaliyyətlə məşğul olan şəxslərlə bağlı müvafiq işlərin görülməsi davam edir və diqqət mərkəzində saxlanılır:

“Tədbirlərin əsas məqsədi təhlükəsizliyin qorunmasıdır. Paytaxtın küçə və prospektlərində dilənçiliklə məşğul olan şəxslər aşakar olunduqda, onlar barəsində qanunvericiliyə uyğun müvafiq addımlar atılır. Hər gün dilənçi və tüfeyli həyat tərzi keçirən şəxslər ərazi üzrə polis əməkdaşları tərəfindən saxlanılaraq qeydiyyatda olduqları rayona göndərilirlər. Bu fəaliyyətlə məşğul olan şəxslər azyaşlıdırsa, valideynləri ilə profilaktik söhbətlər aparılır və onlara təhvil verilir”.

Qeyd edək ki, Bakı küçələrində, xüsusilə mərkəz ərazilərdə dilənçi və qaraçıların sayı artıb. Ölkəyə Formula 1 və AVRO 2020 oyunları ilə əlaqədar səfər edən turistlər səbəbindən şəhərin istənilən yerində dilənçilərə və tüfeyli həyat sürən şəxslərə rast gəlmək mümkündür.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin