Bu günə qədər 177 935 nəfər övladlarının “Yay məktəbi”ndə oxuması üçün 253 məktəbə müraciət edib. Say kifayət qədər böyükdür və bunun artacağını gözləyirik. Burada məcburiyyət olmur. Biz kəmiyyəti deyil, keyfiyyəti əsas tuturuq.
Bizim.Media xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” hesabında canlı yayım zamanı deyib.
Onun sözlərinə görə, şagirdlərin itirdiyi biliyi “Yay məktəbi”ndə müəllimlər bir qədər yaxşılaşdıra bilər.
“İstərdim ki, şagirdlər və valideynlər öyrənməyə meyil etsinlər. “Yay məktəbi” dərs ilinin uzadılması demək deyil. Çalışırıq ki, uşaqları evdən çıxarıb, onlara nəsə öyrədək. Pandemiya dövründə şagirdlərdə müəyyən geriləmələr oldu. Bəzən müəllimlər narazılıq edir. Lakin müəllimlər şagirdləri öyrətməyə çalışmalıdır. “Yay məktəb”lərinin məzmunu daha zəngin etməyə çalışırıq”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:40 / 10.06.2021
“Yay məktəbi” dərs ilinin uzadılması demək deyil - Təhsil naziri
Hazırda oxunan: “Yay məktəbi” dərs ilinin uzadılması demək deyil - Təhsil naziri
Hazırda oxunan: “Yay məktəbi” dərs ilinin uzadılması demək deyil - Təhsil naziri
24330
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.