Dünyanın ən güclü silahı Azərbaycan ordusunda - FOTO/VİDEO

Hazırda oxunan: Dünyanın ən güclü silahı Azərbaycan ordusunda - FOTO/VİDEO

243293
Azərbaycan Silahlı Qüvvələri öz arsenalını dünyanın ən güclü snayper silahı ilə gücləndirib.xa0

Bu, “Aerotek” şirkəti tərəfindən hazırlanan və Cənubi Afrikanın “Denel” şirkətinin “Mechem” bölməsi tərəfindən istehsal edilən genişçaplı “Mechem NTW-20” (Denel NTW-20) snayper silahıdır.xa0xa0


Silah Azərbaycan Müdafiə Nazirliyinin bölmələrinin qış mövsümünə hazırlığının yoxlanılması ilə bağlı yayımladığı foto-hesabatında görünüb.xa0

Silah prioritet hədəflərlə mübarizə üçün nəzərdə tutulub: raket kompleksləri, peyk antenaları, radiolokasiya stansiyaları, dayanacaqdakı təyyarələr və helikopterlər, yüngül zirehli texnikalar.

xa0

Kompleksə iki əvəzli barel daxildir:

- Birincisi, 20 × 83,5 millimetrlik güllələrlə atəş üçün nəzərdə tutulub. Silahın çəkisi 0,112 kq, lülə enerjisi 29,03 kqm-dir.xa0

- İkinci barel 14,5 × 114 mm güllələrlə atəş üçün nəzərdə tutulub. 20 × 83,5 millimetrlik güllələr “PMP/Denel” şirkəti tərəfindən hazırlanır.xa0


Bu, uzaq məsafədə düşmənin canlı qüvvəsini və yüngül zirehli texnikasını məhv etmək üçün unikal snayper silahıdır. Silahın bazası tankəleyhinə silahlardır. Bu silahların təchizatında müasir vasitələrdən istifadə edilib.xa0


Snayper orduda və ya satışda olan digər silahlardan fərqli olaraq, daha yüksək dəqiqliyə malikdir.xa0

Buna görə də “Mechem NTW-20” antimaterial silahının köməyilə düşmənin snayperlərinə qarşı durmaq olar. Silahın daha bir müvəffəqiyyəti isə işə düşməyən aviabombaların zərərsizləşdirilməsidir.xa0


“Mechem NTW-20” silahının effektivliyi sursatın qəlpələnməsidir ki, bu da 10 metr diametrdə düşməni məhv etməyə imkan verir. Effektiv məsafəsi 1,5 kilometrdir.xa0

Bundan başqa, silah yaradıcısı bu kompleksə 14,5 millimetrlik sursat da əlavə edib. Bu güllə təsadüfi seçilməyib – tətbiq edilmiş sursat 2 kilometr məsafədə istənilən zirehli gödəkçələri dələ bilər. (oxu.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin