Bu gün 11 oktyabr BMT Baş Assambleyasının qərarı ilə “Beynəlxalq Qızlar Günü” elan edilib. Bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir.
Moderator.az-a açıqlamasındaxa0 “Azəri-Türk Qadınları” Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirdi ki, Qızlar gününün qeyd olunması çox vacibir:
“Bu gün münasibəti ilə qızlarımızı təbrik edirəm. Amma Azərbaycanda Qızlar gününün qeyd olunmasının heç şahidi olmamışam. Məsələn, Türkiyədə analar və atalar günü kimi bayramlar var və onlar hər il çox geniş şəkildə qeyd olunur. Qadın cəmiyyətinin sədri kimi Qızlar gününün keçirilməsi ilə bağlı onu deyə bilərəm ki, bununla bağlı bir ənənə qoymaq lazımdır. Çünki bu günün qızları sabahın anasıdır, bu millətin genefondunun daşıyıcısıdır. Belə bir gündə tədbirlərin təşkil edilməsi çox vacibdir. İnş Allah gələn ildən biz bunun təməlini qoyacağıq və biz Qızlar gününü çox geniş şəkildə qeyd edəcəyik”.xa0
Vasif Əlihüseyn


























































































