“Bu il 12 bölgədə 13 imtahan mərkəzində olmaqla müəllimlərin işə qəbulu keçiriləcək”.
Bizim.Media xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.
MÖVZU İLƏ BAĞLI:
Bu il MİQ imtahanları 12 bölgədə keçiriləcək
Onun sözlərinə görə, hər il 7000-8000 müəllimliyə namizəd işlə təmin olunur:
“Təhsilin keyfiyyətini qaldırmaq üçün savadlı müəllimlərin işə qəbuluna üstünlük verilir. Bu il müəllimlərin sertifikasiya imtahanının keçirilməsində israrlıyıq. Azərbaycanda 20 yaşlarından başlayaraq müəllimlər işləməyə başlayır. 40 yaşlarına qədər bu işə davam edirlər. İbtidai sinif müəllimləri ortalama 250 şagirdə bilik verir. Bu baxımdan sertifikasiya zamanı səriştəli müəllimlərin aşkar olunması əsas məqsədlərdəndir”.
Nazir vurğulayıb ki, payız aylarında sınaq mərhələsində sertifikasiyanın keçirilməsi nəzərdə tutulur:
"Sertifikasiyanın məqsədi kimisə işdən çıxarmaq deyil. İlk mərhələdən keçməyənlər üçün sonrakı mərhələdə iştirak etmək hüququ tanınacaq".
Bizim.Media