“Son zəng”in keçirilməsinə icazə verildi - RƏSMİ

Hazırda oxunan: “Son zəng”in keçirilməsinə icazə verildi - RƏSMİ

24327

Bu il məktəblərdə “Son zəng” tədbirləri keçiriləcək. Bununla bağlı Təhsil Nazirliyi Operativ Qərargaha müraciət etmişdi və müsbət cavab verildi. 

Bizim.Media xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” hesabında canlı yayım zamanı deyib.

O bildirib ki, “Son zəng” tədbirlərinin şərtləri yaxın günlərdə elan ediləcək. 

“Tədbirlər açıq havada keçiriləcək. Müəyyən say məhdudiyyətləri tətbiq olunacaq. 100-dən artıq məzunu olan məktəblərdə bir neçə hissədən ibarət “Son zəng” tədbirlərini keçirməyi planlaşdırırıq. Müəllim və şagirdlərdən karantin qaydalarına əməl etmək tələb olunacaq”,- deyə nazir vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin