"Şöhrət" ordenli icra başçısının rayonundan Heydər Əliyevə qarşı hörmətsizlik - FOTOLAR

Hazırda oxunan: "Şöhrət" ordenli icra başçısının rayonundan Heydər Əliyevə qarşı hörmətsizlik - FOTOLAR

243026
Ölkə başçısının regionların inkişafına ayırdığı vəsaitlər sayəsində bölgələrimizin infrastrukturu demək olar ki, tamamilə yenilənib, müasirləşib.xa0

Amma Moderator.az-a göndərilən bir oxucu müraciətindən belə anlaşılır ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin başı başqa şeylərə qarışıb.xa0

Redaksiyamıza məktub yollayan Goranboy sakini, rayonun mərkəzində yerləşən “Heydər bulağı”nın baxımsızlığını əks etdirən fotoların ictimailəşməsini istəyir. Rayon sakini bildirir ki, bulaq bərbad vəziyyətdədir və bununla heç kim maraqlanmır. Bildirir ki, bulağın altı krantı var və onlardan beşi bağlanıb, birinin isə suyu yerə axdığından onu da şlanqla ağacların dibinə çəkiblər. Bir sözlə, sakinlər “Heydər bulağı”ndan su içib mərhum prezidentin ruhuna dualar oxuya bilmirlər.xa0

Təsəvvür edin ki, ölkə başçısının etimad göstərərək Goranboy kimi bir rayona icra başçısı təyin etdiyi, bu azmış kimi "Şöhrət" ordeni ilə təltif etdiyi Nizaməddin Quliyev rayonun mərkəzində “Heydər bulağı”ndakı bu vəziyyətlə maraqlanmırsa, kəndlərdəki vəziyyəti şərh etməyə ehtiyac yoxdur. Ümid edirik ki, bu mövzunu ictimailəşdirdikdən sonra icra başçısının gözləri həm bizim yazını, həm də bulağın bərbad vəziyyətini görəcək.xa0

Bu hələ harasıdır? Bulaq kompleksinin bir addımlığındakı saatın hər bir üzündə ayrı-ayrı vaxtlar göstərilir. Saatın vaxtları belədir: 06:30, 13:55, digər üzündə isə 11:55-dir.xa0

Belə yerdə demək yerinə düşər ki, ay Nizaməddin müəllim, adamın qolunda bahalı saat olanda nə olar, axı sizin kimi hamının bahalı saat almağa imkanı yoxdur. Heç olmaya bu saatı da təmir etdirin!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin